Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Valeri Kərimov anılacaq

Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru, əməkdar incəsənət xadimi Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Tədbir mayın 27-də Dövlət Film Fondunda təşkil ediləcək. Simsar.az xəbər verir ki, təbdir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə reallaşacaq.
V. Kərimovu anmaq üçün  görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.
V.Kərimov professional kinooperator kimi 30-dək film çəkib. O, çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib, xalqımızın adət-ənənəsini qabarıq şəkildə göstərməyə çalışıb.
O, bir neçə il kinostudiyada işıqçı, operator assistenti işləyib, 60-cı illərin sonunda Moskvaya gedərək Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə qəbul olunub. Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmidir. Elə həmin il operator “Ömrün səhifələri” kinoalmanaxında iki novellanı - “Baladadaşın ilk məhəbbəti” və “Nəğmə dərsi”ni lentə alıb. V.Kərimov özünü rejissor kimi də sınayıb və “Həmyerli” bədii filminə quruluş verib.

Ümidə






22 May, 2015  18:37 Baxılıb: 1209 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner