Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

100-ə yaxın filmə mahnı yazan bəstəkar - Foto

Bu gün SSR Dövlət Mükafatı Laureatı, Azərbaycan SSR Xalq Artisti, professor, bəstəkar Aqşin Əlizadə doğum günüdür. Ömür vəfa etsəydi tanınmış musiqiçi 78 yaşını qeyd edəcəkdi.

Aqşin Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.

A. Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstuktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s. 50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

Bəstəkar Azərbaycanın "Şöhrət" ordeni və "Şərəf" ordeni ilə təltif edilib. O, 3 may 2014-cü ildə vəfat etdib.

Baletləri: "Babək" (1979),    "Qafqaza səyahət" (2002),   "Ümid valsı" (2008)
Orkestr üçün bəstələri:  Beş simfoniya,   Skripka ilə orkestr üçün konsert,   Violonçel ilə orkestr üçün poema
Kamera əsərləri: Kamera simfoniyası,  "Kənd süitası",   "Uşaq süitası",  "Pastoral",    "Aşıqsayağı",  "Cəngi",  "Abşeron lövhələri",   "Şirvan lövhələri",   Skripka və fortepiano üçün "Portret",  Fortepiano üçün "Dastan",  Fortepiano üçün "Köhnə oyunlar",   Skripka və orqan üçün "Dialoq",Vokal-simfonik əsərlər,    "Azərilər" və "Təntənə" kantatası,  "Ana torpaq" odası,   "Bayatılar" (xor tsikli a capella),    "Qədim laylay" (a capella xoru üçün),   "Yumoreska" (uşaq xoru üçün).

Qeyd edək ki, A. Əlizadə  Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkarın davamçısı isə oğlu Əli Əlizadədir.

Ümidə






22 May, 2015  13:44 Baxılıb: 1097 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner