Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əlil Qənirə Paşayevadan kömək istədi - FOTOLAR

Kərəm Əyyam oğlu Məcidov - Gözdən birinci qrup əlildir. Bir gözü süni, digəri isə zəif görür. Qulağı yalnız xüsusi cihaz vasitəsilə eşidir. Bir qolu isə dirsəkdən aşağı yoxdur. Kərəm 16 ildir Dövlət İdarəçilik Akademiyasının yataqxanasında 12 kvadratmetrlik bir otaqda yaşayır. 2008-ci ildə ailə qurub və indi həmin o pəncərəsiz, dar, rütubətli otaqda 2 qızı, bir oğlu və 4 aylıq körpəsi ilə yaşayır. Onun problemini saytımızda dəfələrlə işıqlandırrsaq da hələ də aidiyyatı qurumlardan Kərəmin qapısını döyüb onun yaşamağa çalışdığı daxmasından xəbər tutan olmayıb. 
Kərəm deyir ki, 2008-ci il 29 oktyabr tarixindən Bakının Xətai rayon Gəncə prospektində daimi qeydiyyatdadır. Müraciət etmədiyi dövlət idarəsi, nazirlik qalmayıb.

2012-ci ildə Xətai Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşam. Mənə dedilər ki, Əgər 5 il Bakı qeydiyyatında olmusansa və eyni zamanda ailən, uşaqların varsa növbəyə durub gözdən birinci qrup əlil kimi Bakı şəhərindən ev ala bilərsən. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə dedilər ki, yeni qanunvericiliyə görə icra hakimiyyəti sizi ev növbəsinə götürməlidir. Bundan sonra sizə ev verilə bilər. Qısası 7 ildi gözləyirəm, hələ də bir xəbər yoxdur.

“Millət vəkili Qənirə xanıma müraciət edib bildirirəm ki, mənə kömək etsin. Demirəm görmədən, bilmədən ev verilsin. Ailə vəziyyətimlə gəlib maraqlana bilərlər. Heç olmasa uşaqlarımın vəziyyətini nəzərə alsınlar. 17 ildir yataqxana şaraitində 12 kvadratmetrlik otaqda  yaşamağa məhkum olmuşam. Əlilliyimə görə, 221 manat pensiya alıram. Bu pul isə 6 nəfərlik ailənin dolanışığı üçün kifayət etmir. Aldığım uşaqlarımın 10 günlük yeməyinə güclə çatır. Özüm üçün yox övladlarımın gələcəyi üçün mənə kömək etmələrini xahiş edirəm.

“Şəraitimiz bərbaddır. 12 kvadratmetrlik bir otaqda yaşayırıq. Onun da yarısı əşyalardı. Uşaqların yatmağa yeri yoxdu. Böyük oğlumla qızım baş-ayaq yatırlar. Biz də yerdə yatırıq. Mən onu hara yerləşdirəcəyimi  bilmirəm. Mən cəhənnəm, heç olmasa bu uşaqlara rəhmləri gəlsin. Sentyabrda övladım birinci sinfə getməlidir. Lakin onun dərslərini hazırlmağa belə yerimiz yoxdur. Mən dəfələrlə aidiyyati qurumlara müraciət etmişəm. Lakin mənə müsbət cavab verən olmayıb.

Həyat yoldaşının vərəm xəstəliyindən əziyyət çəkdiyini deyən Kərəm, onun da belə bir şəraitdə yaşamasının təhlükəli olduğunu deyir: “Bir il əvvəl yoldaşım vərəm əlehinə 1 saylı Dispanserdə yatıb. Orda baş həkim mənə dedi ki, sənin yoldaşının ağ ciyərindən su çəkilib. Yaşadığınız şərait onun üçün təhlükəlidir. Yayda da ona görə kondisionerdən istifadə edə bilmirik. Yayı bu uşaqlar yana-yana tər-su içində yatırlar. Yağış yağanda da uşaqların başına su axır. Dövlət, onun qanunları vətəndaşa xidmət etməlidir. Ancaq sadəcə söz verirlər. 40 yaşım var, mənim üçün hər şey bitib, uşaqlarım normal yaşaya bilsinlər”.

Aysel






22 May, 2015  15:03 Baxılıb: 994 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner