Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Elnur Vyana proqramında dəyişiklik etdi

Avstriyanın paytaxtı Vyanada keçirilən “Eurovision 2015” mahnı müsabiqəsi çərçivəsində sözügedən şəhərdə Azərbaycan gecəsi keçirilib. “Eurovision”un təşkilat komitəsindən Simsar.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə 19 may tarixində Bakıda 16 mərtəbəli binada baş vermiş yanğında həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən Vyanada  fəaliyyət  göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasmova “Eurovision 2015” mahnı müsabiqəsi çərçivəsində keçirilən bu gecənin təşkilindən qürur duyduqlarını bildirib. Mərkəz rəhbəri mədəniyyətimizin təbliği və iki ölkə arasındakı  əlaqələrin inkişafında mərkəzin oynadığı roldan da danışıb. Qeyd olunub ki, mərkəz milli mədəni dəyərlərimizi layiqincə tanıdan özünəməxsus məkandir.  Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsindəki  təmsilçisi Elnur Hüseynov dəstəyə görə təşəkkürünü  bildirib.  Sənətçi, Azərbaycanın milli musiqi aləti olan tarı Vyanaya hədiyyə edib. Vyana şəhəri mədəniyyət idarəsinin, şəhər mədəniyyəti interkulturalizm və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Heydər Sari Azərbaycan musiqisi, incəsənətinin vurğunudur.  Odur ki, qonaq ölkə təmsilçimizin hədiyyə etdiyi  qədim milli musiqi aləti olan tarın ona dərin hisslər bağışlayaraq, uşaqlıq xatirələrini canlandırdığını söyləyib.  Tədbirə müxtəlif ölkələrdən nümayəndələr, həmçinin bu ilki şounun iştirakçıları – Latviya təmsilçisi Aminata, Litva təmsilçisi Monika Linkytė və Vaidas Baumila, İsveç  təmsilçisi Måns Zelmerlöw, Malta təmsilçisi Amber  da qatılıblar. Tədbirdə  qonaqlara ölkəmizin idman və mədəni həyatında mühüm hadisələri əks etdirən jurnal, broşürlər paylanılıb, milli mətbəximizdən nümunələr təqdim edilib.  Möntrö Caz Festivalının  qalibi, əməkdar artist İsfar Sarabskinin ifası xüsusi maraqla qarşılanıb.  Həmin gün Azərbaycanı bu il “Eurovision” müsabiqəsində təmdil edən Elnur Hüseynov Bakıda baş vermiş faciəyə görə proqramda dəyişiklik edib. Təmsilçi ritmik mahnıları proqramdan çıxararaq, həmin gün yalnız həzin musiqilərə yer verib. “Eurovision” Mahnı Müsabiqəsi çərçivəsində təşkil edilən Azərbaycan gecəsi hər bir iştirakçıda xoş təəssürat yaradaraq, gərgin məşqlər arası  ölkə təmsilçilərinin yorğunluğunu unutdurub.

Qeyd edək ki, bu gün “Eurovision 2015” mahnı müsabiqəsinin II yarımfinalı keçiriləcək. Azərbaycan təmsilçisi Elnur Hüseynov bu gün finala çıxmaq uğrunda mübarizəyə qoşulacaq.

Ümidə

 






21 May, 2015  16:25 Baxılıb: 1114 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner