Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Eurovision-2015” start götürür

Bu gün “Eurovision-2015” Mahnı Müsabiqəsinin 1-ci yarımfinalı keçiriləcək. Simsar.az xəbər verir ki, “Körpülər yaradaraq” şüarı ilə reallaşacaq müsabiqə Avstriyanın paytaxtı Vyanadakı "Wiener Stadthalle" arenasında baş tutur.

Müsabiqənin 1-ci yarımfinalında 16 ölkə - Albaniya, Ermənistan, Belarus, Belçika, Danimarka, Estoniya, Makedoniya, Finlandiya, Gürcüstan, Yunanıstan, Macarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Hollandiya təmsilçiləri səhnəyə çıxacaq.

Müsabiqənin 2-ci yarımfinalı isə mayın 21-də keçiriləcək. Bu mərhələdə səhnəyə 17 ölkə - Azərbaycan, Kipr, Çexiya, İslandiya, İrlandiya, İsrail, Latviya, Litva, Malta, Montoneqro (Çeronqoriya), Norveç, Polşa, Portuqaliya, San-Marino, Sloveniya, İsveç, İsveçrə təmsilçiləri mübarizə aparacaq.
60-cı “Eurovision” Mahnı Müsabiqəsinin mayın 23-də baş tutacaq final mərhələsində isə 7 ölkə - Avstraliya, Avstriya, Fransa, Almaniya, İtalya, İspaniya, Birləşmiş Krallıq birbaşa iştirak edəcək.

Qeyd edək ki, 60-cı “Eurovision” Mahnı Müsabiqəsində  bu il  40 ölkə iştirak edir. Artıq 8-ci dəfədir ki, müsabiqəyə qatılan Azərbaycanı bu dəfə Elnur Hüseynov "Hour of the Wolf” mahnısı ilə təmsil edəcək. O, müsabiqədə  2-ci yarımfinalında, mayın 21-də 11-ci nömrə altında səhnəyə çıxacaq.
Xatırladırıq ki, Avstriya “Eurovision” mahnı müsabiqəsinə 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edir.


Ümidə






19 May, 2015  10:48 Baxılıb: 1274 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner