Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Səttar Mehbalıyev gənclərə çağırış etdi

“Özünüzü pis fıkirlərdən, yad təsirlərdən qoruyun”

Bu gün Azərbyacan Həmkarlar İttiffaqları Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyev ali təhsil ocaqlarında fəaliyyət göstərən tələbə həmkarları komitələrinin rəhbərləri və fəal gənclərlə görüşüb. 

Simsar.az saytı Azərbyacan Həmkarlar İttiffaqları Konfedrasiyasının ictimaiyyətlə əlaqlər şöbəsindən verilən məlumata görə, görüşdə əsas müzakirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 06 aprel 2011-ci il tarixdə imzaladığı «Azərbaycan gəncliyi 201 1-2015-ci illərdə» Dövlət Proqramı haqqında sərəncamı ətrafında olub.

Tədbirdə AHİK sədri çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətində əldə olunan uğurlardan danışıb. S.Mehbalıyev deyib ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ulu öndərin ideyaları reallığa çevrilib, Azərbaycanda gənclərin inkişafinın təmin edilməsi üçün ardıcıl iş aparılır: “Ölkə başçısının həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərin təhsil, sosial müdafıə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin imkanlarını genişləndirib. Respublikada yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətləridir.

S.Mehbalıyev AHİK-in gənclər siyasətindən də danışıb. Sədr məlumat verib ki, bu gün həmkarlar ittifaqları öz sıralarında 300 mindən artıq gənci birləşdirir: “Gənclərin hüquq və mənafelərinin müdafıə olunması, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarımn qorunması, onların sağlam ruhda böyüməsi AHİK-in gənclərlə bağlı fəaliyyətinin əsasını təşkil edir”
AHİK sədri gəncləri həmkarlar təşkilatları ətrafinda six birləşməyə. özlərini və ətraflarındakı gəncləri pis fıkirlərdən, yad təsirlərdən qorumağa səsləyib.

Tədbirin sonunda həmkarlar ittifaqlarında bir araya gəlmiş gənclər adından Azərbaycan Respublikasımn Prezideııti İlham Əliyevə müraciət qəbul olunub.

Anar






16 May, 2011  20:01 Baxılıb: 1126 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner