Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan nəticəsi olmayan Qarabağ danışıqlarında niyə iştirak edir?

Araz Əzimov: “Bizim prezident Rusiyanın dəvətinə hörmət edərək bu görüşlərdə iştrak etməyə razı olacaq”  

Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlardan real nəticələr gözləyir və Ermənistan tərəfini vaxtdan sui-istifadə etməməyə çağırır. 

ANS TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.

“Əgər vasitəçilər tərəfindən görüşlər olursa, deməli proses davam edir. Onlar bunu çox qabarıq şəkildə yaxşı göstərici kimi qələmə verirlər. Əlbəttə, prosesin davam etməsi, müzakirələrin aparılması Azərbaycanın marağındadır. Amma biz bununla vaxt öldürmək fikirində deyilik. Müzakirlər əsaslı və səmərəli olmalıdır. Biz ümid edirik ki, Rusiya prezidenti Medvedevin iştirakı ilə keçirilən görüşlərin motivasiyası daha da yüksək olacaq. Ümidvar olmaq istəyirik ki, Ermənistan prezidenti həm bizim, həm özlərinin vaxtını qiymətləndirəcək. Bu görüşlərdə məsələlər müzakirə olunsun və həll olnsun”, - deyə Araz Əzimov qeyd edib.

XİN rəsmisi rəsmi Bakının vaxtın getməsindən, lakin ortada bir nəticənin olmamasından narahat olduğunu bildirib: “Əlbəttə ki, bizim prezidentimiz Rusiyanın dəvətinə hörmət edərək bu görüşlərdə iştrak etməyə razı olacaq, ancaq biz istərdik ki, qarşı tərəf bizim xoşməramımızdan, vaxtımızdan sui-istifadə etməsin”.

Aynurə Həsənova






16 May, 2011  19:07 Baxılıb: 1033 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner