Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BAŞ REDAKTOR AMAN İSTƏYİR

Əvəz Zeynallı: “Cərimənin hissə-hissə ödənilməsini istəyirik”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı iddiasının təmin olunması ilə bağlı bu gün mətbuat konfransı keçirib. 

Ə.Zeynallı dövlət məmurlarının qəzetləri cəriməyə görə məhkəməyə verməsini müsbət qiymətləndirdiyini deyib: “Bəli, ola bilər biz yanlış yazmışıq, kiminsə şəxsiyyətinə toxunan ifadələr işlətmişik. Hətta bizi 10 min manat istəmələri bizi sevindirmişdi. Bizdən hətta bir milyon istəyənlər olub”.

O, “Xural” qəzetinin bir il ərzində ayda 70-90 manat arasında cərimə ödəyə biləcəyini deyib.

Beynəlxalq qurumlara müraciət etdiklərini söyləyən baş redaktor bir günlük aclıq aksiyası keçirmək istədiklərini də bildirib: “Hər şeyi əlimizdən almaq istəyirlər. Yaşadığım ev qayınatamın adınadır. Pul ödənilmədiyi üçün bizə təzyiqlər gəlir. Ancaq biz bu iddialara etiraz etmirik. Sadəcə, cərimənin hissə-hissə ödənilməsini istəyirik”.

Nərimanov rayon məhkəməsi R. Mehdiyevin iddiasına baxaraq “Xural” qəzetini 10 min manat cərimələyib. Proses Ali Məhkəmədə davam etdirilib. Bu qərar fevral ayından qüvvəyə minib.

Prezident yanında KİV-ə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli də məhkəmədə iddia qaldırıb. O qəzetdə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib və buna görə, 10 min manat təzminat tələb edib, eləcə də qəzetin ondan rəsmən üzr istəməsini istəyib.


Ruslan








16 May, 2011  18:38 Baxılıb: 1719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner