Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Günay “Hüzur”unu təqdim etdi - VİDEO

Müğənni Günay İbrahimlinin "Sənə bağlanıram" adlı ilk musiqi albomu və "Huzur" adlı mahnısına çəkilən klipin təqdimatı olub.Simsar.az xəbər verir ki,tədbirdə müğənninin prodüseri Toma Hüseynəliyeva,stilist-vizajist Elnur Həsənov və Türkiyənin "Kopuz" prodakşının rəhbəri Uğur Kopuz iştirak edirdi.

T.Hüseynəliyeva türkiyəli qonağın təsadüfən tədbirə qatılmadığını bildirdi:"Günay "Kopuz" prodakşnla işbirliyinə başlayıb.Yeni albom da bu prodakşnla birgə hazırlanıb.Artıq bizim bütün yaradıcı işlərimiz Uğur bəylə birgə olacaq". U.Kopuz G.İbrahimlinin "Türkiyə Musiqi Əsərləri Məslək Birliyi"nin üzvü olduğunu bildirdi və Birliyin vəsiqəsini müğənniyə təqdim etdi.

Türkiyəli qonaq T.Hüseynəliyeva və G.İbrahimliyə boyunbağı hədiyyə təqdim etməyi də unutmadı:"Günaya Türkiyə bayrağı üzərində olan Ay rəmzini hədiyyə etdim.Heç zaman Aydan aşağıda olmasın.Günay və onun kimi səs tembri olan sənətçilərinizin qədrini bilin.Azərbaycan vəTürkiyənin dəyərli musiqiçiləri,musiqi əsərləri və musiqi alətləri var.

Təəssüf ki,biz bunları dünyaya və çox zaman öz insanlarımıza çatdıra bilmirik.Burada olmağımın səbəbi belə dəyərlərimizi özümüzə və dünyaya çatdırmaqdır.Albomdan sonra Günayla növbəti işbirliyimiz Türkiyəli çox məşhur sənətçi ilə olacaq.Həmin sənətçi həm müğənnidir,həm söz yazarı,həm də bəstəkar". Daha sonra "Huzur" media nünamyəndələrinə təqdim edildi.Söz və musiqisi T.Bayraməliyeva məxsus "Huzur"a rejissor Aqil M.Quliyrv ekran həyatı verib.

G.İbrahimli nakam məhəbbətdən bəhs edən klipin süjet xətti haqqında fikirlərini bölüşdü:"Klipin süjet xəttinə müdaxilə etmədim.Yalnız dedim ki,Aqil,bundan əvvəlki klipimdə də evli kişini sevirəm,burda da.Bir dəfə də mən evli olum (gülür).Aqil son zamanlar kənara çəkilmişdi.Lakin bizim işimizə canla-başla yanaşdı və klip 2 həftəyə hazır oldu.Klip yüksək səviyyədə çəkilib.Klioin opeatoru "Avatar" filminin operatoru Mauro Fioredir.Albomda daha çox dinləyicilərin sevdiyi mahnılar yer alıb.

Əslində mənim heç zaman Türkiyə şou-biznesinə qoşulmaq fikrim olmayıb.Lakin iş elə gətirdi ki,Türkiyə ilə əlaqəli olduq.Yaxın zamanlarda isə MP3 albomum işıq üzü görəcək".

Qeyd edək ki, "Sənə bağlanıram" albomunda "Ola bilərdin","De onun adı nədir?","Mən də sənə inanırdım","Söz olar","Sənə bağlanıram","Qonağım olsun","Səndən öncə səndən sonra","Özümdə sənsən","İzlər",
"Dəlisiyəm gecənin" və "Huzur" mahnıları yer alıb. Albom və klipin prodüserləri T.Hüseynəliyeva və U.Kopuz,stilisti E.Həsənovdur.

Ümidə

 






16 May, 2015  18:31 Baxılıb: 1594 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner