Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Daha 4 dindar tutuldu

Mayın 6-da bir qrup dindarın Təhsil Nazirliyinin binası qarşında keçirdiyi qanunsuz aksiya ilə bağlı daha 4 nəfər həbs olunub.

Bu barədə APA-ya saxlanılanların vəkil Dilqəm Ağayev məlumat verib. Vəkil Rəşad, Çingiz və adlarını bilmədiyi daha iki nəfərin barəsində həbs-qətimkan tədbirinin seçildiyini deyib: “Şənbə və bazar günləri daha dörd nəfər həbs olunub. Məndə olan məlumata görə, onların da barələrində eyni maddə ilə cinayət işi başlanılıb və həbs-qətimkan tədbiri seçilib”. Dilqəm Ağayev bununla da, saxlanılan şəxslərin sayının 9-a çatdığını bildirib. 


Qeyd edək ki, bir müddət əvvəl saxlanılan şəxslərdən beşi barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Xatırladaq ki, mayın 6-da qanunsuz aksiya keçirməyə cəhd edən, ictimai qaydanı pozan hərəkətlərə yol verən və polisin qanuni tələbinə tabe olmadan müqavimət göstərən 65 nəfər saxlanılıb. Onlardan 5-i Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılır.






16 May, 2011  17:59 Baxılıb: 1225 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner