Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Nadir Bayramlının Qarabağ süfrəsindən nə çıxdı? – Fotolar

Radio Space 104 Fm-in “yAnar” saat  proqramında növbəti qonaqlığı müğənni Nadir Bayramlı verdi. Simsar.az xəbər verir ki, “Doydum şou”da parıcı Anarın təbirincə desək, “havayı yeyənlər” qismində xanəndələr Təşkilat Nəsirov, Rübail Əzimov, Xanım Sadiq və N. Bayramlının oğlu Şəmsi Bayramlı iştirak edirdi.

Qarabağ mətbəxinə aid olan Füzuli süfrəsi açan N. Bayramlı qonaqlarını yarpaq dolması, ləvəngi ilə plov və dovğaya  qonaq etdi. Süfrədə mövsümə uyğun tərəvəz və göyərti də unudulmamışdı. Yaxşı ki, N. Bayramlının yadından dolmanın yanında qatıq çıxmamışdı. Veriliş zamanı N. Bayramlı etiraf etdi ki, plovu Rübail xanım bişirib. Sən demə, bu, Qarabağ plovu yox, Cənub zonasına məxsus plovdur. Məlum oldu ki, süfrədə yer alan qozlu kükü talış mətbəxinin nümaunəsidir.

Deyəsən, N. Bayramlı Qarabağ süfrəsi adı ilə Cənub süfrəsi açmışdı. Süfrədə gözümüzə meyva qabı da dəydi. “Meyvələrdən üç meyvə” deyil, yalnız alma və banandan başqa meyvə yox idi. Müğənninin açdığı süfrəyə baxsaq  Qarabağ mətbəxinin zəngin olmasına şübhə yaranır. Süfərdə əvvəlki qonaqlıqlara baxanda çeşid az olması  diqqətdən yayınmırdı. Müğənni isə bunuisrafçı olmamsı ilə əsaslandırdı: “ Mən bər-bəzəkli yox, dadlı bir süfrə olmasını istədim. Həm də buradakıların hamısı mövzümə uyğundur”.

Qonaqlıqda daha çox dovğa xoşuna gəlmişdi. Süfrədə ən tez bitən dovğa oldu. əvvəlki verilişlərdən nümunə çəkən aparıcı Anar daha çox Əməkdar Artist Aybəniz Haşımovanın dovğasını bəyəndiyini etiraf etdi. T. Nəsirovsa plovu sevmədiyini bildirdi. Yemək əsnasında söhbət edən qonaqlar gələcək planlarından da danışdılar. Bu arada, məlum oldu ki, müğənni Xanım Sadiq soyadını həyat yoldaşı Sadiqin şərəfinə götürüb: “Sadiq mənim xanəndə olmaq arzusunda olduğumu bilirdi. Bu yolda o mənə dəstək və dayaq oldu”

Məlum oldu ki, N. Bayramlı evdə əsəbləşəndə övladları ondan çəkinir. Oğlu Şəmsi tez-tez atasının qəzəbi ilə üz-üzə gəldiyini açıqladı: “Atam əsəbləşəndə əlini stola çırpır”.

Xatırladaq ki, verilişin informasiya dəstəyi Simsar.az-dır.

Ümidə

 






15 May, 2015  17:38 Baxılıb: 1881 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner