Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

NAZİM MƏMMƏDOV “YAP-ı TƏMSİL ETMƏK FİKRİM YOXDU”

«Kənardan baxan hər bir şəxs mənə qarşı qısqanclığı görə bilər»

«Kənardan baxan hər bir şəxs mənə qarşı qısqanclığı görə bilər». Bunu Simsar.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı Nazim Məmmədov hakim partiyanın Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunun Bakı ofisinə ünvanladığı etiraz məktubuna cavab olaraq bildirib.  

Fridrix Naumann Fondunun Bakı ofisinin təşkilatçılığı ilə keçirilən ”Avropanın gələcəyi” mövzusunda beynəlxalq konfransda sabiq millət vəkili Nazim Məmmədov Yeni Azərbaycan Partiyasının mövqeyi nəzərə alınmadan, partiyanın adından məruzəçi kimi təqdim edilib.

Yeni Azərbaycan Partiyası adıçəkilən fondun Bakı ofisinin siyasi etiket çərçivəsinə sığmayan bu hərəkətinə kəskin etiraz edərək bildirir ki, Nazim Məmmədov YAP-ın üzvü olmasına baxmayaraq, ona adıçəkilən konfransda Yeni Azərbaycan Partiyasını təmsil etmək səlahiyyəti verilməyib.

N.Məmmədov isə saytımıza açıqlamasında deyib ki, Azadlıq Naminə Fridrix Naumann Fondunun tədbirinə onu telefon zəngilə dəvət ediblər: «Dəvət edəndə mən xaricdə idim. Tədbirdə iqtisadçı alim kimi çıxış etmişəm. Tədbir təşkilatçıları məni YAP üzvü kimi göstəriblərsə, bu mənim günahım deyil. Həmçinin mənim hansısa tədbirdə YAP-ı təmsil etmək fikrim olmayıb, yoxdur, yəqin ki, gələcəkdə də olmayacaq».


RUSLAN







16 May, 2011  14:49 Baxılıb: 1217 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner