Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

50 Avropa ölkəsinin Azərbaycana gəlişi rəsmən təsdiqləndi

Ölkəmiz bir ildən sonra möhtəşəm tarix yaşayacaq və yaşadacaq 

 

“Azərbaycanı bu qalibiyyət münasibəti ilə təbrik edirəm. Azərbaycanının bu yarışmanı yüksək səviyyədə həyata keçirəcəyinə əminik”. APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri “Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand deyib. İcraçı direktor Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. Jon Ola Sand Azərbaycana bu məsuliyyətli işdə uğurlar arzulayıb və bütün Azərbaycan xalqını qalibiyyət münasibəti ilə təbrik edib.

 

Adil Kərimli APA-ya açıqlamasında bu qələbə sevincini bölüşüb: “Bu qələbə sevinci inanılmaz bir hissdir. Hələ də bu sevincə inana bilmirik, bizə elə gəlir ki, başqasının sevincinə sevinirik. Bu bütün türk dünyasının qələbəsidir. Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək. Müsabiqədə iştirakımız boyu dövlət başçımız cənab İlham Əliyev hər zaman bizə dəstək olub və buna görə dövlət başçımıza təşəkkür edirik”. A.Kərimli deyib ki, Azərbaycan gedər-getməz “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq mərhələsinə başlanılacaq. Dördüncü dəfə iştirak ərzində Azərbaycanın ən yüksək dərəcələri əldə etdiyini vurğulayan A.Kərimli, bu tezliklə Azərbaycanın qələbə qazanmasını ölkəmizin bu müsabiqəyə ciddi hazırlığı ilə əlaqələndirib.

Gələn il bu vaxtlar Bakı bütün Avropanın paytaxtı olacaq, 50-yə yaxın Avropa ölkəsinin sənətçilər və "Eurovision 2002"-ni işıqlandıran dünya jurnalistləri Azərbaycana gələcək

 






15 May, 2011  23:04 Baxılıb: 1907 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner