Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Birlik yaranır, Müsavat və AXCP kənarda qalır...

Sərdar Cəlaloğlu: "Bir sıra partiyalar artıq İctimai Palataya qoşulmaq istəmir"

“Liberal Partiyanın lideri Lalə Şövkətin təşəbbüsü ilə digər müxalifət partiyalarının yeni birliyinin yaradılması istiqamətində aparılan müzakirələrdə təklif olunur ki, AXCP və Müsavat Partiyası kənarda qalmaqla yerdə qalan siyasi qüvvələrin birliyin yaradılması istiqamətində məsləhətləşmələrə başlanılsın. Birlik yaradıldıqdan sonra isə AXCP və Müsavat Partiyasını bu birliyə qoşsunlar”. 

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Partiya sədri bildirib ki, əgər məqsəd siyasi müxalifəti birləşdirməkdirsə, onda elə addım atmalıdır ki, proses parçalanmaya gətirib çıxarmasın: “Elə cəhd edə bilərik ki, bu addım parçalanmış vəziyyəti dərinləşdirər. Bununla da vəziyyət daha çətin olar. Müxalifətdə uzun müddət olan bir partiya rəhbəri kimi deyə bilərəm ki, başlanğıcda birliyin təsisçisi olmayan partiyanın sonradan yaradılan quruma cəlb olunması prosesi çox çətin olur. Məsələn, bir sıra partiyalar artıq İctimai Palataya qoşulmaq istəmir. Çünki təşəbbüs qrupunda olmayıblar”.

Müxalifətin birliyinə nail olunması üçün mürəkkəb vəziyyətin yarandığını söyləyən S. Cəlaloğlu qeyd edib ki, hazırda AXCP və Müsavat Partiyası İctimai Palatadan kənarda hansısa siyasi qüvvə ilə təmasa meyl etmir: “Digər qüvvələrin də birlik formalaşdırması İctimai Palataya nativ kimi görünəcək. Sonradan isə müxalifətin real birliyinin yaradılması çətin olacaq. Buna görə də prosesə birmənalı qiymət vermək çətindir”. S. Cəlaloğlu qeyd edib ki, siyasi müxalifətin yeni birliyinin yaradılması prosesində iştirak etmək üçün onlara da təklif irəli sürülüb: “ADP Ümid Partiyası ilə birgə “Qarabağ” blokunda təmsil olunduğundan Ümid Partiyası ilə məsləhətləşmə aparılandan sonra bir qərar verilə bilər. Yəni gərək öz aramızda məsləhətləşək”.






14 May, 2011  17:18 Baxılıb: 1117 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner