Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Siyavuş Novruzov müxalifət partiayalrını analiz etdi

"Azərbaycanda 100-ə yaxın partiya var, ancaq onların çoxunun siyasi xətti yoxdur"

Azərbaycanın siyasi partiyalarında islahatlar aparmaq zəruridir. Bu barədə Simsar.az-a hakim yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Novruzov hesab edir ki, Azərbaycanda müxalifət partiyalarının əksəriyyətinin məqsədi, məramı bəlli deyil.

"Partiyalar qarşılarına iqtidara qarşı mübarizə aparmaq məqsədi qoyublar. Bu, partiyanın vəzifələrindən biridir. Bəs qalan vəzifələr nədir? Sosial siyasət müdafiə olunmalıdırmı? Bazar iqtisadiyyatı tərəfdarısanmı? Azərbaycanın siyasi partiyaları heç bir təkliflə çıxış etmirlər. Ona görə də, hesab edirəm ki, partiyalarda islahat aparmaq lazımdır", - Novruzov vurğulayıb.

Onun sözlərinə görə, islahatlar aparıldıqdan sonra partiyaların çoxu sıradan çıxacaq. "Çünki həmin partiyalara ehtiyac qalmayacaq. Azərbaycanda öz ideloji istiqamətləri əsasında maksimum 10 partiyanın fəaliyyət göstərməsi mümkündür. Bu gün Azərbaycanda 100-ə yaxın partiya var, ancaq onların çoxunun siyasi xətti yoxdur", - Novruzov əlavə edib.

YAP funksioneri bildirib ki, partiyaların siyasi xətləri olmadığına görə, onların birləşməsi və ya ayrılması simvolik xarakter daşıyır.

"Dünyada partiyalar öz baxışlarına görə birləşirlər. Partiyalar sağçılar, solçular və ya mərkəzçilərdən ibarət olurlar. Azərbaycan siyasi sistemində partiyalar öz siyasi baxışları, ideologiyaları və digər anlayışlarını hələ özləri də dərk etməyiblər. Mən mərkəzçiyəmsə, solçu ilə niyə birləşməliyəm və ya solçuyamsa, sağçı ilə niyə birləşməliyəm? Axı ideologiyalar üst-üstə düşmür", - Novruzov deyib.

Onun sözlərinə görə, normal siyasi partiyalarda əks ideologiya ilə birləşmədən söhbət gedəndə partiya üzvləri etiraz edirlər.

"Əgər hansısa partiyanın ideologiyası vətəndaşın ideologiyasına uyğun gəlirsə və vətəndaş ona görə həmin partiyaya qoşulubsa, o, qəbul etməz ki, həmin partiya tamam fərqli düşüncəli partiya ilə birlik yaratsın. Partiya sədri üzvlərdən soruşurmu ki, onlar birlik yaratmaq istəyirlər ya yox? Bütün bunlar onu göstərir ki, həmin partiyanın sıralarında partiya üzvü yoxdur. Sadəcə olaraq, bir neçə nəfərdən ibarətdir və həmin bir neçə nəfər də istədiyi qərarı verir. İstəsə sağçı ilə, istəsə solçu ilə birləşir. Onların ideologiyaları da formal xarakter daşıyır", - YAP icra katibinin müavini qeyd edib.






14 May, 2011  15:47 Baxılıb: 1193 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner