Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Avropa Parlamentinin yolverilməz mövqeyi

Əli Həsənov: "Qətnamə Azərbaycan-Avropa Parlamenti əməkdaşlığının ruhuna ziddir”

Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Azərbaycana da aidiyyəti olan qətnamə qəbul olunub. “Azadinform” Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bu qətnamənin Azərbaycanla bağlı hissəsinə münasibətini öyrənib.

Prezident Administrasiyasının şöbə müdiri demokratiya və insan hüquqları məsələsinin Azərbaycan dövlətinin Konstitusiya normaları olduğunu və ona əməl olunması sahəsindəki vəziyyəti də yetərincə qənaətbəxş saydığını vurğulayıb: “Bu yolu Azərbaycan özü seçib və Avropa strukturları ilə də mövcud sahədə əməkdaşlıq və tərəfdaşlıq xətti götürüb. Bizi təəccübləndirən odur ki, Avropa strukturları nədənsə, Cənubi Qafqaz bölgəsində və bütövlükdə postsovet məkanında baş verən hadisələrə fərqli standartlar çərçivəsində yanaşır, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə tamamilə bir-birinə əks olan qiymət verirlər. Əlbəttə, mən adını çəkmək istəmirəm, həmin qətnamənin qəbul olunmasında iştirak edən deputatların özləri belə, bu subyektiv yanaşmanı və “norma”nı dəfələrlə etiraf ediblər. Məsələn, Azərbaycanda keçirilən prezident seçkilərində bizim üçün əsas amil, seçicilərin etimadını qazanmaq, əhalinin seçib-seçilmək hüququnu təmin etmək və qalib gələn namizədi şəffaf şəkildə elan etməkdən ibarətdir. Bu normanı biz demokratik Avropadan götürmüşük. Lakin qətnamədə bu prinsiplər bir kənara atılaraq hansısa subyektiv ambisiyası olan daxili və yaxud xarici şəxsin, yaxud qrupun seçkiyə münasibəti əsas qiymət meyarı kimi dəyərləndirilir. Əlbəttə, bu yolverilməzdir”.

Daha sonra Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığı ilə bağlı fikrə diqqət yönəldib. “İki gün bundan əvvəl, ATƏT-in mətbuat üzrə komissarı ilə birlikdə biz Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini müzakirə etmişik və gəldiyimiz ümumi qənaət odur ki, bu sahədə vəziyyət qənaətbəxşdir və hakimiyyətin atdığı addımlar da vəziyyətin yaxşılaşmasına xidmət edir. Qətnamədə öz əksini tapmış insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, yaxud siyasi fikrinə görə hansısa gənclərin təqiblərə məruz qalması isə heç bir əsası olmayan subyektiv mülahizələrdir. Azərbaycanda mövcud qanunvericiliyə əsasən, insan və vətəndaş hüquqlarının həyata keçirilməsi realdır və buna əməl edilir. Amma kimlərsə qanunun üzərində öz ambisiyasını təmin etmək istəyir, yerli icra strukturlarının və yaxud qanun keşikçilərinin tələblərini tamamilə inkar edirsə, o zaman onlara qarşı tədbirlər görmənin də nativi yoxdur. Yaxud kimsə əgər öz dövlətinin milli ordusunda xidmət etməkdən boyun qaçırırsa və bunun heç bir qanuni əsası yoxdursa, Azərbaycanda hüquqi dövlət prinsiplərinə uyğun olaraq ona qarşı yalnız qanuni tədbirlər görülməlidir”, - deyə Ə.Həsənov vurğulayıb.

Prezident Administrasiyasının şöbə müdiri Avropa Parlamentində bunun fərqli nativinin olduğu halda Azərbaycanın müzakirəyə hazır olduğunu bildirib: “Bir sözlə, birmənalı şəkildə bəyan edirəm ki, bu qətnamə Azərbaycandakı mövcud reallığı əks etdirmir, subyektiv mülahizələrə söykənir və Azərbaycan-Avropa Parlamenti əməkdaşlığının ruhuna ziddir”.






14 May, 2011  15:29 Baxılıb: 1083 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner