Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Cocuqlar duymasın" ın aktyoru həbsxanaya düşdü

Polislər onu çəkiliş meydanından aparıb

Türkiyənin məşhur “Cocuqlar duymasın” teleserialında Səyyar Təyyar obrazı ilə məşhurlaşan Emin Gümüşkaya mayın 13-də səhər polis tərəfindən çəkiliş səhnəsindən həbsxanaya aparılıb. Simsar.az-ın Vatan qəzetinə istinadən verdiyi məlumata görə, Emin Gümüşkayanı aparmağa gələn polislər çəkilişin bitməsini gözləyiblər. 

Daha sonra polislər aktyoru Polis İdarəsinə, sonra da prokurorluğa aparıblar. Emin Gümüşkaya prokurorluqdan həbsxanaya göndərilib. Teleserialda çəkilən aktyorlar da artıq Emin Gümüşkayayanın telefonunun qapalı olduğunu, zəng çatmadığını bildiriblər.

Qeyd edək ki, aprelin 4-də Bursa Dövlət Teatrının müdiri olmuş Emin Gümüşkaya, Dövlət Teatrlarının sabiq müdiri Rəhmi Dilligil, İdarə Müdir vəkili Hasan Acarla bağlı qərar Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib. Emin Gümüşkaya və Hasan Acar 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Rəhmi Dilligil barədə öncəki məhkəmə instansiyasının çıxardığı 1 il 3 ay həbs cəzası isə təxirə salınıb.


Xatırladaq ki, 2001-ci ilin yanvar ayında Bursa Polis İdarəsi əməliyyat keçirib və o dönəmdə bu 3 şəxs də daxil olmaqla, teatrlarda müxtəlif vəzifələrdə çalışan 16 nəfəri saxlayıb. Onlar büdcə vəsaitlərini israf etməkdə, mənimsəməkdə günahlandırılıblar. Bursa Ağır Cəza Məhkəməsi Rahmi Dilligil, Emin Gümüşkaya və Hasan Acarı 3 il 1 ay azadlıqdan məhrum edib, 13 nəfər isə bəraət alıb.


Hər 3 şəxsin Apelyasiya Məhkəməsinə müraciəti isə nəticə verməyib, əksinə, aşağı məhkəmə instansiyasından hökmlərin ağırlaşdırılması tələb olunub. Apelyasiya Məhkəməsinin bu qərarından sonra Rəhmi Dilligil, Emin Gümüşkaya və Hasan Acarın Bursa Ağır Cəza Məhkəməsində mühakiməsi yenidən başlayıb. Bursa Pğır Cəza Məhkəməsi Emin Gümüşkaya və Hasan Acar barədə 5 il 2 ay 15 gün həbs hökmü çıxarıb. Eyni proseslə bağlı mühakimə olunan Rəhmi Dilligilə 1 il 3 ay həbs cəzası verərək, bu cəzanı təxirə salıb. Qərarın yenidən göndərildiyi Apelyasiya Məhkəməsi isə bu gün Bursa Ağır Cəza Məhkəməsinin qərarını təsdiqləyib və mayın 13-də qərar icra olunub. Bu isə “Cocuqlar duymasın”ın Səyyar Təyyarının teleserialda iştirakının dayanacağı deməkdir...






14 May, 2011  15:08 Baxılıb: 1495 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner