Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Bu gün “Eurovision-2011” müsabiqəsinin final mərhələsi keçiriləcək

Artıq münsiflər heyəti 25 final iştirakçısına öz səslərini veriblər

Bu gün Almaniyanın Düsseldorf “Espit Arena”sında 56-cı “Eurovision” yarışmasının final mərhələsi keçiriləcək. Simsar.az-ın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 25 ölkənin iştirak edəcəyi musiqi yarışmasında Azərbaycan təmsilçiləri 19-cu çıxış edəcəklər. Bu gün Bakı vaxtilə saat 24:00-da başlanacaq müsabiqənin final mərhələsi üçün bütün tamamlanma işləri başa çatıb. Final konsertini 24 min tamaşaçı canlı, 125 milyon tamaşaçı isə televiziya ekranından izləyə biləcək. 
Hər il olduğu kimi bu ildə hər təmsilçiyə öz şousunu nümayiş etdirmək üçün 3 dəqiqə zaman ayrılıb. Artıq final mərhələsinin iki əsas məşqi baş tutub. Məşq zamanı məlum olub ki, Almaniyanın ev sahibliyi etdiyi bu yarışmanın final konserti mükəmməl şəkildə hazırlanıb. Final günü Avropa tamaşaçıları ilk olaraq “Eurovision-2011” müsabiqəsinin aparıcılarının ifalarını eşidəcəklər. Onlarla birgə səhnəyə isə ötən il müsabiqədə birincilik qazanan və bu ildə ölkəsini bu mötəbər müsabiqədə təmsil edən Lena Mayer çıxacaq. O, ötən il Almaniyaya qələbə gətirən “Satellite” mahnısını tam yeni formada Avropa ictimaiyyətinə təqdim edəcək. Bir çox maraqlı məqamların da yer aldığı final gecəsinin möhtəşəm açılışından sonra son mərhələdə yarışmaq hüququ qazanan 25 ölkə öz şoularını tamaşaçılara nümayiş etdirəcəklər. Onu da bildirək ki, bir neçə ildir artıq “Eurovision” yarışmasının qalibi 50% münsiflər, 50% isə tamaşaçı səsverməsi nəticəsində seçilir. Artıq peşəkar münsiflər heyəti “Eurovision-2011” müsabiqəsinin finalında çıxış edəcək ölkələrə öz səslərini veriblər. Münsiflər 25 ölkə təmsilçisini mayın 13-də “Esprit Arena”da keçirilən ikinci əsas məşqə əsasən qiymətləndiriblər.
Hər il olduğu kimi bu ildə gecənin sonunda ümumi səslərin açıqlanması üçün 43 təmsilçi ölkəyə canlı bağlantı olacaq. Azərbaycan adından hansı ölkəyə neçə bal verildiyini ötən ilki müsabiqə təmsilçimiz Səfurə Əlizadə açıqlayacaq. Məhz Səfurə Əlizadə Azərbaycan adından Avropanı salamlayacaq.
Avropa musiqi aləminin ən nüfuzlu mahnı yarışması olan “Eurovision”un möhtəşəm final şousu 50-dən artıq ölkədə yayımlanacaq.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal isveçli müəlliflərə məxsus olan “Running Scared” mahnısı ilə çıxış edəcəklər. Azərbaycan təmsilçiləri əsas favoritlər sırasındadır.






14 May, 2011  13:05 Baxılıb: 1502 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner