Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SMS vasitəsilə bildiriş sistemi tətbiq edilir

ABŞ Federal Rabitə Komissiyası (FCC) fövqəladə hallar haqqında SMS-bildiriş servisi hazırlayıb.

Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, PLAN (Personal Localized Alerting Network) adlanan bu servis tam pulsuzdur və işə salınması üçün istifadəçidən heç bir hərəkət tələb etmir. PLAN insanların yaşadıqları ərazilərdə mümkün ola biləcək təbii fəlakətlər haqqında onları qabaqcadan məlumatlandırmaq imkanı verir. Belə vəziyyətdə vətəndaşların təbii kataklizmlərdən xilas olmaları üçün hər hansı bir tədbir görməyə vaxtları olur. ABŞ-ın üç ən iri mobil rabitə operatorları “Verizon Wireless”, “AT&T” və “Sprint” şirkətləri ilə sistemin təşkil olunmasına dair müqavilə imzalanıb. Bir qədər sonra layihəyə “T-Mobile” şirkətinin də qoşulacağı gözlənilir. 


PLAN servisinin ilin sonuna kimi ABŞ-ın ən sıx əhalili şəhəri olan Nyu-Yorkda sınaqdan keçirilməsi nəzərdə tutulur. Bütün ölkə miqyasında isə sistemin 2012-ci ilin yanvar ayının 1-dən mart ayının 31-dək tətbiqi planlaşdırılır. PLAN çərçivəsində ismarıclar üç növdə göndəriləcək. Bura fövqəladə hal və ya hadisə haqqında informasiya, ABŞ Prezidenti Xidmətindən bildiriş, eləcə də itən və ya oğurlanan insanların axtarılması üçün işlənib hazırlanmış “Amber Alert” sistemindən məlumat daxildir. Hər bir abunəçi öz mobil telefonunda ABŞ Prezidenti adından göndərilən bildirişlərdən başqa, digərlərindən imtina edə bilər.


Qeyd edək ki, PLAN servisi televiziya və radio vasitəsilə işləyən artıq mövcud bildiriş sistemlərinin davamı kimi ərsəyə gətirilib. Əvvəlkilərdən fərqli olaraq, PLAN daha səyyardır və abunəçi olduğu yerdən asılı olmayaraq lazımi məlumatı alacaq.






14 May, 2011  04:18 Baxılıb: 1308 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner