Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanlı rəssamın Avstriyada sərgisi keçirilib

Vyanada yerləşən “Base-level” qalereyasında gənc rəssam Adil Yusifovun əsərlərindən ibarət sərgi açılıb.

Simsar.az-ın məlumatına görə sərgi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin maliyyə dəstəyi, Azərbaycanın Avstriyadakı səfirliyi və Avstriya-Azərbaycan Ticarət Palatası (ATAZ) ilə birgə təşkil olunmuşdur. 

May ayı ərzində davam edəcək sərginin açılışında Avstriyadakı diplomatik korpusun nümayəndələri, azərbaycanlılar, yerli və xarici qonaqlar, o cümlədən müasir incəsənət əsərlərinə maraq göstərən insanlar iştirak ediblər.

ARDNŞ-in Avstriya nümayəndəliyinin direktoru Gülmirzə Cavadov açılış mərasimində çıxış edərək, sərginin dünyadan vaxtsız köçən Azərbaycanın Avstriyadakı səfiri mərhum Fuad İsmayılovun xatirəsinə həsr edildiyini bildirib.

Rəsmi hissədən sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib.






14 May, 2011  02:27 Baxılıb: 1460 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner