Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanda növbəti beynəlxalq qurumda

Bloklara Qoşulmama Hərəkatı - dünyanın 118 dövlətini hərbi bloklarda iştirak etməmək prinsipləri əsasında birləşdirən beynəlxalq təşkilatdır

Azərbaycan daha bir beynəlxalq təşkilatın - Bloklara Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olacaq. Mayın 25-27-də Balidə (İndoneziya) keçiriləcək təşkilatın nazirlər səviyyəsindəki 16-cı görüşündə Azərbaycan rəsmən bu təşkilata daxil olacaq. Simsar.az-ın mılumatına görə bu barədə Trend-ə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov deyib.

Azərbaycan indiyədək bu təşkilatda müşahidəçi statusuna malik idi.

Bloklara Qoşulmama Hərəkatı - dünyanın 118 dövlətini hərbi bloklarda iştirak etməmək prinsipləri əsasında birləşdirən beynəlxalq təşkilatdır. Təşkilat yaradılan zaman bununla ilk növbədə NATO və Varşava müqaviləsi nəzərdə tutulub.

Qoşulmama Hərəkatı rəsmən 25 dövlət tərəfindən 1961-ci ilin sentyabrında Belqrad konfransında yaradılıb.

Təşkilata Asiya, Afrika və Latın Amerikası ölkələri, eləcə də 15 müşahidəçi ölkə daxildir. Onların sırasına Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Braziliya, Qazaxıstan, Qırğızıstan, Çin, Kosta-Rika, Meksika, Paraqvay, Salvador, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Xorvatiya və Monteneqro daxildir.






13 May, 2011  23:02 Baxılıb: 1275 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner