Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident müraciət etdi

"Əminəm ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi həm bizim həkimlərə beynəlxalq təcrübədən faydalanmaq imkanı verəcək, həm də respublikamızda təbabətin inkişafı üçün yeni perspektivlər açacaqdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Təbrik müraciətində deyilir:

“Hörmətli Konqres iştirakçıları!

Sizi – Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayır, Konqresinizin işinə uğurlar, hər birinizə can sağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram.

Bu il öz dövlət müstəqilliyinin bərpasının iyirmi illiyini qeyd edən ölkəmizdə səhiyyə sisteminin inkişafı, o cümlədən kardiologiyanın beynəlxalq standartlar səviyyəsinə qaldırılması istiqamətində çox işlər görülmüşdür. Paytaxtda və regionlarda müasir tipli tibb müəssisələrinin qurulması və onların zəruri avadanlıqla təchiz olunması əhalinin sağlamlığının qorunması üçün lazımi şərait yaratmışdır. Əminəm ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi həm bizim həkimlərə beynəlxalq təcrübədən faydalanmaq imkanı verəcək, həm də respublikamızda təbabətin inkişafı üçün yeni perspektivlər açacaqdır.

Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik olan bu Konqres Azərbaycan kardioloqlarının xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək və ümumilikdə tibb elminə öz layiqli töhfələrini verəcəkdir”.






13 May, 2011  22:58 Baxılıb: 1097 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner