Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müsavat üzvlərindən Arif Hacılıya istefa ÇAĞIRIŞI

A. Bu gün Müsavat Partiyasının qərargahı önündə bir qrup partiya üzvünün etiraz aksiyası keçirilib.

Simsar.az-ın məlumatına görə, Vurğun Əyyub və digər şəxslərin partiyadan kənarlaşdırılmasına etiraz məqsədilə təşkil olunan aksiyaya Müsavat üzvləri ilə yanaşı, partiyadan xaric edilmiş bəzi şəxslər də qatılıb. İştirakçılar Müsavat rəhbərliyinin apardığı siyasətə, üzvlərə qarşı sərt qərarlara öz etirazlarını bildirərək partiya rəhbərliyinin dəyişməsini, növbədənkənar qurultay çağırılmasını tələb ediblər.

Aksiya zamanı “İstefa!”, “Müsavat ailə partiyası deyil!”, “Müsavat xalqın partiyasıdır!”, “Növbədənkənar qurultay çağırılsın!” və digər şüarlar səsləndirilib, Müsavat başqanı Arif Hacılıdan və sabiq başqan İsa Qəmbərdən repressiyalara son qoyulması tələb olunub və hazırkı başqan istefaya çağırılıb. Çıxış edən partiyanın sabiq üzvü Əlövsət Sadıxlı Müsavatın sonuncu qurultayındakı qanun pozuntularını xatırladıb və Ədliyyə Nazirliyindən qurultayın nəticələrinin ləğvini tələb edib.

Partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli və digərləri də çıxışlarında Müsavat rəhbərliyinin ünvanına sərt tənqidlər səsləndiriblər.

Sonda aksiyanın qətnaməsi oxunub və partiya rəhbərliyinə təqdim olunub.







6 May, 2015  16:45 Baxılıb: 789 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner