Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rəbiyət Aslanova təəssüflənib

" Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən islahatlarıdüzgün dəyərləndirə bilmirlər, qanunazidd hərəkətlərə dəstək nümayiş etdirməyə çalışırlar"

“Bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı qəbul etdiyi sənədlərdə, hazırladıqları hesabatlarda reallığa uyğun olmayan fikirlərə yer verirlər. Gerçəkliyi əks etdirməyən belə münasibət təbii ki, Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur”. Simsar.az xəbər portalının məlumatına görə, bunu Yap.org.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

Rəbiyyət Aslanova bildirib ki, Azərbaycanda insan hüquqlarının qorunması, ifadə və söz azadlığının təmin olunması məsələsində heç bir problem yoxdur. Onun sözlərinə görə, bu hüquqlar ölkə Konstitusiyası ilə qorunur və bütün bunlar müvafiq qanunvericilikdə öz əksini tapıb.

Komitə sədri xatırladıb ki, ölkəmiz özünün milli qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırıb. Rəbiyyət Aslanova bildirib ki, istər, KİV haqqında qanun, istərsə də sərbəst toplaşmaq azadlığı haqqında qanun beynəlxalq ekspertizadan keçərək müsbət rəy alıb. Məhz həmin qanunlar sözügedən məsələləri tənzimləyir. Bu mənada, Azərbaycanda ifadə, söz azadlığı və sərbəst toplaşmaq hüququ ilə bağlı qanunlar beynəlxalq konvensiyaların müddəaları ilə tam səsləşir.

“Bu faktlar bir daha təsdiqləyir ki, Azərbaycanda söz, ifadə azadlığı tam təmin olunub və bunu inkar etmək mümkün deyil. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar isə Azərbaycanda həyata keçirilən islahatları, gerçəklikləri düzgün dəyərləndirə bilmirlər, hansısa qanunazidd hərəkətlərə dəstək nümayiş etdirməyə çalışırlar. Amma nəzərə almaq lazımdır ki, hüquqi dövlətlərdə bütün məsələlər qanunauyğun şəkildə həll olunur və hər kəs qanun qarşısında bərabərdir” – Rəbiyyət Aslanova vurğulayıb.






13 May, 2011  22:55 Baxılıb: 1495 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner