Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənistan sözünün arxasında dayana bilmir

Novruz Məmmədov: "Əgər Qərb həqiqətən qərəzsiz mövqe tutduğunu sübut etmək istəyirsə, onda ədalətli mövqe nümayiş etdirməlidir"

“Prezidentlərin son görüşündən sonra müəyyən kiçik ümid var idi ki, İrəvan daha konstruktiv mövqe tutacaq. Son zamanlar aparılan danışıqlara nəzər salsaq, görərik ki, Ermənistan öncə müəyyən söz verir, sonra isə hansısa bəhanə tapıb, mövqeyini dəyişir. Belə bir davranış Ermənistan rəhbərliyinin siyasətinə çevrilib”. Bu sözləri APA-nın Qarabağ danışıqlarının hazırkı mərhələsi ilə bağlı sualının cavabında Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Şöbə müdiri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə konkret nəsə deməyin hələlik tez olduğunu bildirib: “Ola bilər ki, qarşıdan gələn aylar ərzində belə görüş baş tutsun. Məni indi narahat edən odur ki, Ermənistan tərəfi son vaxtlar siyasi manevrlərə üstünlük verir. Söz verir, 3-4 aydan sonra isə bunu unudur. Axır vaxtlar mən bunu Ermənistan prezidenti və digər rəsmilərinin bəyanatlarında görürəm. Burada başqa bir məqam da var ki, bu da Qərb aləminin məsələyə yanaşmasıdır. Əgər Qərb həqiqətən qərəzsiz mövqe tutduğunu sübut etmək istəyirsə, onda ədalətli mövqe nümayiş etdirməlidir. Dünya bilir ki, Azərbaycanın 7 rayonu işğal olunub və orada bir azərbaycanlı belə yaşamır. Amma heç bir dövlət ortaya konkret tələb qoymur. Əgər onlar burada ədalətli mövqe nümayiş etdirsəydilər, onda iddialarını dinləmək olardı. Amma heyf ki, mən bunu deyə bilmirəm. İşğalçılara daima yardım edirlər, istər mənəvi, istər maliyyə, istər siyasi və s. Bəziləri dünyanı göstəriş əsasında idarə etmək istəyir. Zənnimcə, sadəcə ədalətli olmaq lazımdır”.

N. Məmmədov Avropa Parlamentinin də Azərbaycana münasibətdə ikili standartlara yol verdiyini vurğulayıb: “Avropa Parlamentinin sədrinin regiona, o cümlədən Azərbaycana səfəri öncəsi belə bir qərəzli və ədalətsiz sənədin ortaya atılması bizim münasibətlərimizə xoş təsir göstərə bilməz. Avropa Parlamentində 700-ə yaxın deputat var. Bu sənəd onlardan kiçik bir qrupun, əsasən “Yaşıllar hərəkatı”nı təmsil edən təxminən 20 nəfərlik bir fraksiyanın təşəbbüsü ilə hazırlanıb. Bu, çox təəssüf hissi doğurur. Azərbaycana qarşı belə münasibəti yalnız ikili standart kimi qiymətləndirmək olar. Bu qətnamənin arxasında duranlar bizi qeyri-demokratiklikdə suçlayırlar. Amma baxın, Avropada elə ölkələr var ki, orada müxalifətin mitinqləri də dağıdılır, həbsxanalarında isə jurnalistlər yatır. Onlar bizi ittiham edir, amma öz ölkələrindəki duruma gələndə, susurlar. Belə yanaşma Avropa İttifaqı-Azərbaycan əməkdaşlığına müsbət təsir edə bilməz. Biz ədalətli və səmimi mövqe görmək istəyirik. Amma belə bir qərəzli mövqe ortaya qoyulanda bizdə suallar yaranır. Son zamanlar Azərbaycan hərtərəfli inkişaf edir, amma görünür bu, bəzi dairələrin heç də xoşuna gəlmir. Elə həmin qərəzli və ikili mövqe də buradan qaynaqlanır. Lakin bu, kökündən səhv yanaşmadır”.

 

Simsar.az






13 May, 2011  22:44 Baxılıb: 1042 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner