Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Tofiq Rüstəmov 75”

BDU-nun jurnalistə kitab hədiyyəsi 

Görkəmli alim, jurnalist və ictimai xadim Tofiq Rüstəmovun 75 illiyi ilə bağlı yeni kitab işıq üzü görüb. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsi tərəfindən nəşr edilən “Tofiq Rüstəmov 75” adlı kitabda əsasən, Tofiq Rüstəmov haqqında bioqrafik məlumatlar (Azərbaycan və rus dillərində), jurnalistik fəaliyyəti, ümumilikdə yaradıcılığı qısa və aydın şəkildə öz əksini tapıb. 

Ön söz müəllifi BDU-nun jurnalistika fakultəsinin dekanı, professor Y.Əlizadə olan kitabda T.Rüstəmovun mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi kimi keyfiyyətləri sadalanıb. Nəşrdə həmçinin görkəmli alimin elmi araşdırmaları və publisistik məqalələri, müsahibələri, tərcümələri, redaktə etdiyi elmi əsərləri, televiziya və radio üçün hazırladığı materialları əhatə olunub.

T.Rüstəmov 1936-cı ildə Qubada anadan olub. 1953-1958-ci illərdə Azərbaycan baycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil alıb. Ali təhsilini başa vurandan sonra sovet dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın respublikamızda xüsusi müxbiri işləyib. Mərhumun jurnalistik fəaliyyətinin 10 ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçib. Burada o, tərcüməçilikdən informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsinədək yüksəlib. Şəxsi təşəbbüsü və axtarışları sayəsində dönə-dönə xatırlanan "Ulduz" radio proqramı ərsəyə gəlib. Səmərəli fəaliyyətinə görə 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsi müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. 1990-1995-ci illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetinin baş redaktoru vəzifəsində çalışıb.


Aynurə






13 May, 2011  20:57 Baxılıb: 1542 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner