ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ nəqliyyat komandanlığının komandanı general Dunkan Maknabı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, görüş zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza iştirak edib.