Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əcnəbi olsa da, cavab verəcək

Onlar korrupsiya hüquqpozmalarının subyektlərinin dairəsinə daxil olunacaq

Azərbaycanda bundan sonra xarici şirkətlər və beynəlxalq təşkilatların vəzifəli şəxsləri korrupsiya hüquqpozmalarının subyektlərinin dairəsinə daxil olunacaq. Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Əlavə və dəyişikliklərə dair təkliflərdə göstərilir ki, Azərbaycanın tərəfdar çıxdığı BMT-nin korrupsiyaya qarşı Konvensiyasında, Avropa Şurasının cinayət və mülki məsuliyyət haqqında konvensiyalarında beynəlxalq təşkilatların və xarici şirkətlərin maddi-məsul şəxsləri korrupsiya hüquqpozmalarının subyekti hesab olunur. Hazırda Azərbaycanın cinayət və inzibati qanunvericiliyinin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması istiqamətində işçi qrupu tərəfindən iş aparılır, bu məqsədlə qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və Milli Məclisə təqdim olunub.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda korrupsiya hüquqpozmalarının subyektlərinin dairəsi göstərilib.






13 May, 2011  18:27 Baxılıb: 1183 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner