Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Amerikalı professor Dövlət Komitəsində dini dialoqdan danışıb

Leonard Şvidler “qurucu dialoq” və “dağıdıcı dialoq” fərqini izah edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təşkil olunan seminarda Filadelfiyadakı (ABŞ) Templ Universitetinin Dini araşdırmalar kafedrasının professoru Leonard Şvidler çıxış edib.  
Simsar.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri Hidayət Orucov dinlərarası dialoq üzrə mütəxəssis professor Şvidleri tədbir iştirakçılarına təqdim etdikdən sonra Azərbaycanda dövlət-din münasibətləri, dini durum, son illər respublikamızda keçirilən mədəniyyətlərarası və dinlərarası münasibətlərdə dialoq mövzusuna həsr olunmuş beynəlxalq konfranslar, ümumdünya sammitləri kontekstində bugünkü tədbirin əhəmiyyətini açıqlayıb.
“Dinlərarası münasibətlərdə dialoq” mövzusuna həsr olunmuş seminarda professor Leonard Şvidler bildirib ki, hazırda dinlərarası dialoq vətəndaşların vicdan azadlığının və sosial həyatının təmin olunmasının əsas tərkib hissəsi, cəmiyyətin təhlükəsizliyinin və mənəvi bazasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdəndir. Cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında dialoqla bağlı nəzəri-metodoloji istiqamətləri seminar iştirakçılarının diqqətinə çatdıran Leonard Şvidler dialoqun “tarixi”, “hüququ” və “humanitar” kontekstdə, “qurucu dialoq” və “dağıdıcı dialoq” istiqamətində izahını son əlli ildəki elmi araşdırmaları əsasında şərh edib.
Professor Leonard Şvidler tədbirin sonunda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
RAMİL






13 May, 2011  18:17 Baxılıb: 1165 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner