Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elnur Məcidlinin barəsində həbs qətiimkan tədbiri seçildi

O, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkilində etmədə günahlandırılır 

2 aprel aksiyası ilə bağlı mayın 11-də şübhəli şəxs qismində saxlanılaraq, haqqında 48 saatlıq həbs qətimkan tədbiri seçilən AXCP üzvü Elnur Məcidliyə ittiham elan olunub. 

Lent.az-ın xəbərinə görə, məlumatı 2 aprel mitinqi ilə əlaqədar açılmış cinayət işinin İstintaq Qrupunun rəhbəri Fazil Həsənəliyev də təsdiqləyib.

Elnur Məcidli Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham edilir. Onun həbs müddəti mayın 13-də bitməliydi. Lakin ittiham elan edildikdən sonra yenidən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2 aprel mitinqi ilə bağlı indiyədək 13 nəfərə cinayət işi qaldırılıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı istisna olmaqla, digər 12 nəfər həbsdədir.






13 May, 2011  18:14 Baxılıb: 1158 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner