Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Myatoviç sözünü dedi, gedir

"Azərbaycanda son ilyarım ərzində media sahəsində müsbət dəyişikliklər müşahidə olunur, lakin əsl iş yalnız ölkədə diffamasiya haqqında qanunun qəbul edilməsindən sonra başlayacaq"

Azərbaycanda dörd günlük səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bu gün səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirib. 

Simsar.az-ın məlumatına görə, ATƏT eksperti deyib ki, Azərbaycanda son ilyarım ərzində media sahəsində müsbət dəyişikliklər müşahidə olunur, lakin əsl iş yalnız ölkədə diffamasiya haqqında qanunun qəbul edilməsindən sonra başlayacaq.

D.Miyatoviç prezidenti İlham Əliyevin internetə sərbəst çıxış məsələsi ilə bağlı mövqeyini alqışladığını jurnalistlərin diqqətinə çatdırıb: "Belə vəziyyət heç də ATƏT-in bütün ölkələrində müşahidə olunmur".

ATƏT nümayəndəsi onu da bildirib ki, media sahəsində hələ müəyyən işlər görülməlidir. Onun fikrincə, mətbuatda fikir plüralizmini təmin etmək vacibdir: "Düşünürəm ki, hökumət problemlərə maksimum diqqət ayırmağa hazır olduğunu bəyan edəcək.

Onun sözlərinə görə, Azərbaycan bir çox ölkələr kimi informasiyaların ötürülməsinin bəzən təxribat xarakteri daşıdığı informasiya texnologiyaları dövrünə daxil olub.

"Azərbaycan rəqəmli sferaya kifayət qədər sürətlə uyğunlaşır. O, bildirib ki, sadə vətəndaşların jurnalistlərə münasibətini də dəyişmək lazımdır. Jurnalistlərə qarşı əməllərin cəzasızlığı daha böyük zorakılıq dalğası doğurur". Bu sözləri də D.Miyatoviç bildirib.

 

Ruslan






13 May, 2011  17:30 Baxılıb: 1251 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner