Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

FİRUDİN CƏLİLOV VƏ ELDAR NAMAZOV ƏLİ HƏSƏNOVUN HƏDƏFİNDƏ

" MTN-ə və DİN-ə müraciət hazırlayıram, araşdırıb, həmin şəxslər barəsində qərar versinlər”


Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında barəsində səsləndirilən bir ittihama cavab verib.

"Azərbaycan naminə" İctimai Forumun prezidenti Eldar Namazov və keçmiş təhsil naziri Firudin Cəlilov mətbuata açıqlamasında deyiblər ki, Ə.Həsənov Qərbi Azərbaycan köçkünlərinin mülkiyyəti haqqında sənədləri yandırıb.


Simsar.az saytının məlumatına görə, Ə. Həsənov belə deyib: "Azərbaycan Xalq Cəbhəsi dövründə nazir işləmiş Firudin Cəlilov və Prezident Aparatında müxtəlif vəzifələrdə çalışmış Eldar Namazov müsahibələrinin birində bildiriblər ki, o, Ermənistandan Azərbaycana qaçqın kimi gələn vətəndaşların mülkiyyət sənədlərini yandırıb. Özlərini qəhrəman kimi göstərən həmin insanlara bildirmək istəyirəm ki, mən həmin qaçqınların sənədlərini kitab halında çap etdirib, tarixə verdim. Bəs siz nə etmisiniz? Həmin insanlar illərlə yataqxanalarda çürüdükləri halda, heç bir tədbir görmədiniz. Amma mən onların mənzillə təmin olunması üçün əlimdən gələni etmişəm. O siz, bu da mən. Bunların dərdi sənədlərin yandırılmasında deyil. Onların yalnız bir məqsədləri var ki, Qərbi Azərbaycanlıları qızışdırıb, dövlətə qarşı çıxarmaq. Odur ki, mən də bu ehtimalı əsas tutaraq, iftira dolu çıxışlarına görə həmin şəxslər və məlumatı dəqiqləşdirmədən yayan mətbuat orqanları barəsində MTN-ə və DİN-ə müraciət hazırlayıram. Həmin qurumlar özləri bunu araşdırıb, həmin şəxslər barəsində qərar versinlər. Eldar Namazovu saman altından su yeridən insandır. Bu şəxslərin əməlləri cinayət xarakterlidir".

 






13 May, 2011  16:34 Baxılıb: 1673 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner