Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

"Doydum şou"da həmkarların sözü çəp gəldi - FOTOLAR

“yAnar saat”ın “Doydum şou”sunda bu dəfə Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası, Əməkdar artist İlahə Səfərova süfrə açdı. Aparıcı Anar münsif qismində elə həmin teatrın aktyor heyəti Mətanət Əmrullayeva, Mətləb Səfərli, Cəlal Məmmədov, Kifayət Burziyevanı qonaq kimi dəvət etmişdi. 

Əməkdar artist qonaqlarına Ordubad süfrəsini təqdim etdi. O, əvəlik yarpağından dolma, soğan dolması, qurut aşı, sacda çolpa qızartması, Odubad çöçəsi, Ordubad qatlaması ilə həmkarlarını süfrə başına topladı.
Yeməkləri haqqında məlumat verən aktrisa qurut aşına maral otu deyilən bitkinin qatıldığını və buna xüsusui dad verdiyini bildirdi: “Qurutla yeməklər bir çox bölgələrimizdə var. Lakin Ordubad bölgəsində qurut balaca hazırlanır. Bu yeməyə maral otu, kəklikotu xüsusi dad verir”.
Aktrisa qeyd etdi ki, həmkarları tez-tez onun hazırldığı yeməklərin dadına baxır: “Həmkarlarım mənim bişirdiyim dolmanı xüsusilə sevir. Bizə gələndə bilirəm ki, məhz dolma yeməyə gəlirlər”.
Aktrisa etiraf etdi ki, yeməklərin hamısını özüm bişirməyib. Ona bu işdə ailə üzvləri kömək edib.
Qurut aşına ağız büzən K. Burziyeva yeməyin çox yağlı olduğunu dedi. Həmkarına qarşı çıxan M. Əmrullayeva süfrədə ən yaxşı yeməyin qurut aşı olduğunu bildirdi.
Veriliş əsnasında məlum oldu ki, aktyor C. Məmmədovun qonaqlığa gəlmək fikri olmayıb. Aparıcı bunun səbəbini soruşsa da aktyor gülümsəməklə cavab verib.
Süfrənin ən duzlu yeməyi isə əvəlik dolması idi. Deyəsən, aktrisanın evində duz qalmayıb. Çünki dolmanı bişirəndə evdə olan bütün duzu dolmaya qatıb.
Azərbaycan süfrəsində dolmanı yanında qatıqsız  təsəvvür etmək  olmaz. Amma İ. Səfərovanın süfrəsində qatıq yox idi. Aktirsa günahını yumaq üçün məşqi bəhanə etdi: “Məşqdən qaçaraq gəldik. Qatıq yaddan çıxdı, soyuducuda qaldı”.

Əvvəlki süfrələr haqqında danışan aparıcı, Gülüstan Əliyeva və Səməd Səmədovun süfrəsini bəyənmədiyini qeyd etdi: “İlk dəfə Gülüstan xanımın süfrəsi xoşumuza gəlmədi. Amma ikinci dəfə səhvini düzəltdi. Könül Kərimovanın gətirdiyi dolmaları isə ancaq Cabbar Musayev yedi. Axırıncı süfrələrdən biri Xəyyam Nisanovun idi. Həmin günü mən ac qaldım. Roza Zərgərlinin yapon süfrəsi də məni ac qoydu. Amma Nazpərinin özbək süfrəsini bəyəndim”.

Məlum oldu ki, Sumqayıt Teatrında da aktisalar arasında qalmaqal var. İ. Səfərova aktrisa Xatirə Səfərovaya olan münsaibətini bildirdi: “Mən Xatirəni sevmirəm. Onun öz ətrafı var. Mən onu sevmək, dost olmaq məcburiyyətində deyiləm. 20 ildir teatrdayam. Teatrı sevirəm və bura gələn insanları da sevirəm. Kifayət də istedadlıdır, amma ürkəkdir, səhnədən qorxur. Xurşudbanu Natəvan rolunu oynamağa qorxurdu. Amma mən ona yaxşı mənada təsir etdim və hazırda bu rolun öhdəsindən gələn ən yaxşı aktrisadır”.

Proqram Kifayətin ifasında popuriyə həmkarlarının qol qaldırıb oynaması ilə bitdi.

Qeyd edək ki, verilişin informasiya dəstəyi Simsar.az-dır.






1 May, 2015  15:33 Baxılıb: 2106 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner