Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər qalib gəldi

Nurşən Quliyev het-trikə imza atıb

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlərlə Milli Məclisin deputatları arasına yoldaşlıq oyunu keçirilib. Lent.az-ın məlumatına görə, görüş Azərbaycan futbolunun 100 illiyinə həsr olunub.

Qarşılaşma jurnalistlərin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Həmkarlarımızın heyətində APA-nın baş direktorunun müavini Nurşən Quliyev 3 qol vuraraq het-trikə imza atıb. Digər qolları isə “Çempion” qəzetindən Anar Xanlarov və ANS televiziyasından Gündüz Abbaszadə vurub.

Deputatlardan isə Qüdrət Həsənquliyev və Siyavuş Novruzov hərəsi 1, Fazil Qəzənfəroğlu isə 2 dəfə fərqlənib. F.Qəzənfəroğlu vurduğu qollardan birinə onbirmetrlik zərbə ilə imza atıb.

Oyun ərzində baş hakim Azad Mütəllimovun deputatların komandasına simpatiyası hiss olunurdu. Hesab 4:2 olarkən baş hakim jurnalistlərin qol silahı olan Nurşən Quliyevin mübahisə etdiyini iddia edərək onu meydandan kənarlaşdırıb. Təyin olunmuş penaltini isə F.Qəzənfəroğlu qola çevirib. Bununla belə hakim jurnalistlərin qələbəsinə mane ola bilməyib.

Oyundan sonra AFFA tərəfindən futbolumuzun 100 illiyi ilə bağlı tədbirdə fəal iştirak edən qurumlara xatirə diplomları və fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, qarşılaşma başlamazdan əvvəl deputatlar jurnalist komandasının daha gənc olmasını bildirmişdi və buna etiraz etmişdilər. Bu səbəbdən də “Xəzər” televiziyasının gənc aparıcısı Emil Abbasov heyətdən kənarlaşdırılıb. Buna etiraz edən jurnalist stadionu tərk edib.






13 May, 2011  02:04 Baxılıb: 1372 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner