Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Cromebook” yaradılıb

“Google” şirkəti “Crome OS” mobil əməliyyat sistemi ilə idarə olunan portativ kompüterləri “Cromebook” adlandırıb. 

Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk “Cromebook”-lar “Samsung” və “Acer” şirkətləri tərəfindən istehsal olunacaq. 


Qurğuların satışı iyun ayının 15-də ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İtaliyada başlayır. Həmin ölkələrdə “Chromebook”-ları aylıq abunə haqqı ödəməklə də əldə etmək mümkün olacaq. Korporativ müştərilər üçün hər bir bu cür qurğunun aylıq xidmət haqqı 28, tələbələr üçün isə 20 dollar təşkil edəcək. Bu ödənişin müqabilində istifadəçilər nəinki proqram, həmçinin köhnə avadanlığın yenisi ilə əvəz olunmasını nəzərdə tutan aparat dəstəyi də əldə edəcəklər.


“Samsung”un istehsal etdiyi “Cromebook” 1280x800 piksel təsvir ölçülü və 12,1 düym diaqonallı displey, veb-kamera, iki USB portu, “Wi-Fi” modulu və yaddaş kartları üçün slotla təchiz olunur. 1,5 kiloqram çəkili modelin avtonom iş müddəti 8 saatdan az deyil. ABŞ-da bu qurğunu nağd 429 dollara, 3G modulu ilə təmin edilmiş versiyanı isə 499 dollara əldə etmək mümkün olacaq.


“Acer”-in istehsal etdiyi “Cromebook” isə kiçik fərqli parametrlər istisna olmaqla, oxşar xüsusiyyətlərə malikdir. Bu model 11,6 düym diaqonallı ekran və HDMI-çıxışla təchiz olunub. Onun çəkisi 1,3 kiloqram təşkil edir. Qurğunun avtonom iş müddəti isə təxminən 6,5 saata bərabərdir. “Acer” istehsalalı olan “Cromebook” ABŞ-da 349 dollara satılacaq.






13 May, 2011  02:02 Baxılıb: 1266 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner