Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Əllillərimiz qəfəsdədirlər" – Xanım DEPUTAT

"Bizim əllillər qəfəsdədirlər. Onlar nə avtobuslarda, nə də keçidlərdə hərəkət edə bilmirlər. Axı, onlara mərhəmət lazımdır".

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aytən Mustafayeva parlamentin bu gün keçirilən iclasında “Şəhərsalma və tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib. O bildirib ki, Azərbaycanda əlillərə lazımi səviyyədə diqqət və qayğı göstərilmir və nəticədə onlar cəmiyyətə inteqarsiya ola bilmirlər: “Hətta elə vəziyyət olub ki, nə piyada keçidlərində, nə də avtobuslarda onlara şərait yaradılıb.

Biz Avropada səfərdə olanda görürük ki, elə bil ölkənin yarısı əlildir. Amma bu belə deyil, sadəcə orada əlillərə çox böyük imkanlar yaradılıb. Amma Azərbaycanda isə tamam fərqli situasiya ilə üzləşirik. Onlara dayanacaqlarda da şərait yaradılmayıb. Ona görə də təklif edirəm ki, heç olmasa yeni tikilən dayanacaqlarda, keçirdlərdə bu problemlər nəzərə alınsın. Heç kəsin sağlamlığı qarantiya altında deyil və bilmirik ki, gələcəkdə necə olacaq”.

Xanım deputat həmçinin Bakıda tikintilərin qanunayuğun aparılmadığını da vurğulayıb: “Binalar arasında məsafə qoyulmur. Buna görə də evlərə gün işığı düşmür. İnsanların istirahəti üçün həyətlərdə heç bir şərait yoxdur. Binalar çox hallarda keyifiyyətsiz tikilir”.

Hüseyn İbadlı






28 Aprel, 2015  13:50 Baxılıb: 934 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner