Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AŞPA-da Qarabağla bağlı alt komitə yaradılıb

“Bu sessiyada ermənilər bir neçə cəhd göstərdilər. Ancaq onların istəkləri alınmadı. Avropa Şurasının nümayəndələrin imzasını toplamaqla dünyaya beynəlxalq sənəd təqdim etmək istəyirdilər. Əslində, bu ermənilərin yeni propoqanda cəhdi idi”

Simsar.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli məclisin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, AŞPA-da sənəd qəbul olunması çox mürəkkəb prosesdir. Səməd Seyidov qeyd edib ki, sadəcə imza toplamaqla bunu reallaşdırmaq mümkün deyil. “Sözügedən sənədin heç bir gələcəyi yoxdur. Azərbaycan və Türkiyə nümayəndə heyəti bunun qarşısını aldılar. Onlar qondarma soyqırımla bağlı AŞPA-da heç bir tədbir keçirə bilmədilər. Bu son sessiya ermənilərin uğurunu yox, məğlubiyyətini göstərdi. Ermənilər ölkələrin içərisinə girərək ölkələri parçalamaq niyyətini güdüblər. Azərbaycan nümayəndə heyətinin iki üzvü Sahibə Qafarova və Sevinc Fətəliyeva Avropa Şurasının faktiki ombudsman müavini səviyyəsinə yüksəldilər. Sahibə xanım Qadınlara qarşı zorakılıq kampaniyasına qarşı, Sevinc xanım isə Uşaqlara qarşı zorakılıq kampaniyasına qarşı Avropa Şurasının bütün görüdüyü koordinasiyanı aparacaq. Bizim xanım nümayəndələrimiz bu vəzifələrə müddətsiz olaraq gətirilib. Azərbaycan nümayəndə heyəti sessiyada bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstanda, Ukrayna və Moldavada olan münaqişələrdən fərqləndirilməsin. Mins Qrupu Qarabağ münaqişəsini Azərbaycan torpaqlarının işğal olunmuş torpaqları kimi qəbul etsinlər. Artıq bu istəyimizə nail olmuşuq. Monitorinq Komitəsinin qərarı ilə xüsusi alt komitə yaradıldı. Komitədə “Avropa Şurası ölkələri içərisində münaqişələr, konfiliktlər və Dağlıq Qarabağ münaqişəsi” ifadəsi “Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonun işğalı nəticəsində zəbt olunmuş torpaqlar” kimi qeyd edilib”,-deyə Səməd Seyidov söyləyib.

Qeyd edək ki, AŞPA-nın yaz sessiaysında Sevinc Fətəliyeva səsvermə nəticəsində yekdilliklə Sosial məsələr, sağlamlıq və davamlı inkişaf komitəsində AŞPA-nın Uşaqlar üzrə baş məruzəçi seçiblər. Sahibə Qafarova isə AŞPA-da keçirilən səsvermə nəticəsində qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi vəzifəsinə seçilib.

Hüseyn İbadlı






28 Aprel, 2015  13:27 Baxılıb: 942 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner