Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Xəyyam Nisanov yeni mahnılar toplusunu təqdim etdi

Albomda rus dilində mahnılar yer alıb

Bügün Müğənni Xəyyam Nisanov yeni mahnı albomunu təqdim edib. “Tı daleko” adlı musiqi toplusunda yer alan 16 mahnı Vaqif Gərayzadə, Elçin İmanov və Sergey Kolisniçenkonun bəstələridir. Müğənnini diskoqrafiyasında sayca 3-cü albom Bakıda “STS” prodakşnda istehsal olunub. Albomdakı fotoların müəllifi Zaur Zamandır. 

Təqdimat mərasimində X. Nisanov yeni mahnıların "Bakı şansonu" janrında olduğunu bildirib: “Albomun əsas hədəfi Qafqaz əhlidir. Bunula Rus şou-biznesinə qatılmaq fikirim yoxdur. Rusiyanın tanınmış prodüserlərindən çox təkliflər gəlib, lakin Bakını tərk etmək istəmirəm”.

Müğənninin prodüseri Murad Arif diskin bir-iki günə Bakıda satışda olacağını söyləyib: “Rusiyada artıq bir həftədir ki, yüksək tirajla satılır. Sentyabrada sırf Azərbaycan pop-musiqisindən ibarət yeni albomun hazırlıqlarına başlanacaq”.

Prodüsser bildirib ki, populyar türk, eləcə də digər dövlətlərin estrada mahnılarının və dj-in öz remikslərinin toplandığı albomun ilk mahnısı Xəyyam Nisanovun ifasında səslənən "İstanbul" hitidir: “Bu mahnı böyük marağa səbəb olub. Türk müğənniləri Tarkan, Soner Sarikabadayı, Bengünün mahnılarının daixl olduğu albomda məhz Xəyyamın “İstanbul” mahnısı birinci yer almışdı. ”
X. Nisanov müxtəlif Turkiyə telekanallarında şou-proqramlara qatılıb, İstanbul şəhərində sevilən mahnının geniş təqdimatını keçirəcəyini də deyib.






12 May, 2011  22:25 Baxılıb: 1522 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner