Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Daşkəsən filiz yatağı tədqiq olunacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) Daşkəsən filiz yatağında tədqiqatlar planlaşdırır. Akademiyanın Geologiya Və Geofizika Institutundan Simsar.az-a  verilən məlumata görə, araşdırmalar AMEA ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında bağlanmış memorandum çərçivəsində nəzərdə tutulur. Bu məqsədlə GGİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun başçılığı, AMEA-nın müxbir üzvü Çingiz Əliyev və geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun iştirakı ilə Daşkəsənə səfər təşkil olunub. Nümayəndə heyəti adıçəkilən yataqda olub, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin rəhbərliyi, o cümlədən baş geoloqu Rasim Süleymanlı ilə görüşüb. Alimlər institutun məsələyə dair elmi tədqiqat potensialından bəhs ediblər.

Geoloji obyektə dolan yeraltı suların qarşısının alınması yollarını araşdırmaq, həmçinin radioaktivliyin miqdarını ölçmək imkanları müzakirə olunub, aparılması mümkün olan tədqiqatlar və tədbirlər müəyyən edilib.

Aysel






27 Aprel, 2015  17:31 Baxılıb: 1331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner