Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bələdiyyələrin inkişaf imkanları müzakirə olunub

“Bələdiyyələrə dövlət büdcəsindən transfertlərin verilməsinin mövcud mexanizmləri təkmilləşdirilməlidir”

Bu gün “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının təşkilatçılığı ilə “Bələdiyyə qanunvericiliyi və onun təkmilləşdirilməsi imkanları” mövzusunda dəyirmi masa keçirilib. 

Dəyirmi masanı giriş sözü ilə açan“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov Alyansın əsas missiyasının Azərbaycanda bələdiyyələrin real yerli özünüidarə institutu kimi inkişafı istiqamətində səyləri birləşdirməklə əksmərkəzləşmənin və demokratik proseslərin surətlənməsinə təkan vermək olduğunu bildirib.

İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən Ağayev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunların ekspertizasının nəticələrini təqdim edib: “Nə konstitusiyada, nə də bələdiyyə qanunveirciliyində yerli özünüidarənin statusu və ölkənin ümumi idarəetmə sistemində bu qurumların yeri səhih şəkildə aydınlaşdırılmayıb. Qanunvericilikdə «yerli idarəetmə», «yerli idarəetmənin əhatə dairəsi», «yerli idarəetmənin subyektləri» kimi hüquqi normalar əks etdirilməyib”.

Bələdiyyələrin maliyyəsinin əsaslarından danışan R. Ağayev qeyd etdi ki, bələdiyyələrə onların səlahiyyətlərinin həyata keçirilməsini təmin edə biləcək dayanıqlı maliyyə mənbələri verilməlidir. Bələdiyyələrin mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmləri təkmilləşdirilməlidir. Bələdiyyələrin maliyyə imkanlarının artırılması məqsədilə müvafiq vergi qanunvericiliyinə dəyişiklik etməklə paylı vergi sistemi tətbiq edilməlidir. Bələdiyyələrə dövlət büdcəsindən transfertlərin verilməsinin mövcud mexanizmləri təkmilləşdirilməli, bələdiyyələrə məqsədsiz transfertlərlə yanaşı məqsədli transfertlərin də verilməsi təmin edilməli və transfertlərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır. Bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün uyğun mexanizmlər işlənib hazırlanmalıdır”.

Sonra Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin eksperti Rasim Zeynalov “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əasnamənin, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov isə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunların ekspertizasının nəticələrini təqdim etdilər Hər iki natiq təqdim olunan sənədlərdə kifayət qədər boşluqların olduğunu qeyd etdilər.

Təqdimatlar ətrafında müzakirələr zamanı iştirakçılar qanunvericiliyin ekspertizasının vacibliyini vurğulayaraq təqdimatlarla bağlı öz fikir və mülahizələrini bildirdilər.

RAMİL







12 May, 2011  21:00 Baxılıb: 1821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner