Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Atəşkəs 56 dəfə pozuldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 56 dəfə pozublar.

Simsar.az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan ordusu bu ölkənin Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərindən isə Azərbaycan ordusunun Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərini atəşə tutublar.

İşğalçılar Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Cəvahirli, Şirvanlı, Şıxlar, Yusifcanlı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyublar.

Düşmən cavab atəşi ilə susdurulub.






25 Aprel, 2015  09:35 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner