Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər üçün yeni lüğətin təqdimatı keçirildi

“Jurnalistin kitabxanası” seriyasından nəşrlər çap etdirmək nəzərdə tutulub.

Bu gün Baş Prokurorluq, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Mətbuat Şurasının birgə təşəbbüsü ilə hazırlanan “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəis müavini, mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, kitab Baş Prokurorluğun media təmsilçiləri üçün bu adda hazırladığı sayca ikinci nəşrdir: “Kitabda Azərbaycan Konstitusiyası, cinayət, cinayət-prosesual, əmək, mülki, inzibati xətalar məcəllələri yer alıb. Nəşrdə, həmçinin jurnalistlər üçün vacib sayıla biləcək qanunlar da öz əksini tapıb. Bununla yanaşı, mətbuatda dərc olunan yazılarda hüquqi terminlərdən istifadə zamanı yol verilən bəzi səhvlər də ümumi olaraq göstərilib”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın əhəmiyyətindən danışaraq, nəşrin nüsxəsinin artırılacağını söyləyib: “Buna qədər Mətbuat Şurası Baş Prokurorluqla birgə jurnalistlərin hüquqi maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Ümumiyyətlə, Mətbuat Şurası olaraq “Jurnalistin kitabxanası” seriyasından nəşrlər çap etdirmək niyyətimiz var”.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynov bildirib ki, hüquq ictimaiyyəti mətbuatla əməkdaşlıqda daha maraqlı olmalı və birgə tədbirlərə üstünlük verməlidir: “Bu kimi nəşrlər dərc olunmalıdır ki, jurnalistlərdən də terminlərdən düzgün istifadəni tələb edə bilək”.

Ə. Hüseynov deyib ki, hüquqi nəşrlər seriyasından “Müasir Hüquq Ensiklopediyası”nın hazırlanması işinə başlanılıb.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev bu təşəbbüsü nümunə hesab edərək, digər dövlət qurumlarının da bu istiqamətdə addım atmasını məqsədəuyğun saydığını deyib. V. Əliyev qeyd edib ki, söz və mətbuat azadlığının müdafiəsi dövlət siyasətinin tərkib hissəsidir.

Tədbirdə çıxış edən mətbuat orqanlarının rəhbərləri, jurnalistlər və hüquqşünaslar nəşrin əhəmiyyətindən danışıb.






12 May, 2011  19:05 Baxılıb: 1192 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner