Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ömürlük azadlıqdan mərhum edilənlərə bəraət istənildi

Dövlət ittihamçısı çıxışa hazır olmayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu ilin aprel ayında baş verən kütləvi qətllə bağlı təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. 

APA-nın xəbərinə görə, prosesdə müdafiə tərəfi çıxış edərək, təqsirləndirilən şəxslərə bəraət verilməsini, cinayət işinin obyektiv araşdırılmasını xahiş ediblər. Sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığı üçün proses mayın 18-dək təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2010-cu il tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ariz Qabulov istisna olmaqla, digər təqsirləndirilənlər apellyasiya şikayəti veriblər.

2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

ADNA-da baş verən kütləvi qətlin sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.






11 May, 2011  21:24 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner