Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Bakı-2015" zamanı maşınlar xəbərdarlıqsız çəkiləcək

 

I Avropa Oyunları zamanı Bakıda avtomobillərin lisenziyalaşdırılması ləğv edilib.

Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, paytaxt sakinləri Avropa Oyunları zamanı avtomobillərdən parketmədən sərbəst şəkildə istifadə edə biləcəklər.

Parkedilən avtomobillər xəbərdarlıq edilmədən evakuator vasitəsilə götürüləcək.

Məlumatda qeyd olunur ki, vətəndaşlar Avropa Oyunları zamanı xüsusi ayrılacaq ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov öncə Trend-ə deyib ki, I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək.

Avropa Oyunları ilə bağlı 300 avtobus xəttə buraxılacaq. Bundan başqa ekspress avtobuslar fəaliyyət göstərəcək. Oyunları izləmək istəyən tamaşaçılar avtomobilləri yalnız parketmə yerlərində saxlaya biləcəklər. Oradan isə ekspress avtobuslarla lazımi obyektlərə aparılacaqlar.

N.Həsənov deyib ki, qanunsuz taksi növlərinə tam qadağa qoyulacaq. Parketmə işlərinə nəzarət gücləndiriləcək.

Xatırladaq ki, daha öncə məlumat verilmişdi ki, Avropa Oyunları zamanı Bakıda avtomobillərdən istifadə edilməsi üçün müvafiq qurumlardan xüsusi buraxılış (lisenziya) vərəqəsi alınmalı idi.

 






21 Aprel, 2015  11:58 Baxılıb: 672 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner