Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ARPA üzvlərinin 5-ci ümumi yığıncağı keçirilib

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) 2015-ci ilin yeni siyasətinə əsasən, Azərbaycanda və regionda risk menecmenti inkişaf etdirməklə yanaşı, mühasibatlıq üzrə aparıcı metodologiyaların yaradılması üçün yeni layihələr həyata keçirəcək.

Simsar.az xəbər verir ki, bu barədə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası Direktorlar Şurasının üzvü Tural Baxşəliyev ARPA üzvlərinin 5-ci zirvə görüşündə bildirib.

T.Baxşəliyev ARPA barədə məlumat verərək deyib ki, 2009-cu ildən fəaliyyət göstərən ARPA mindən çox fiziki, 20-dən çox korporativ üzvə malikdir. ARPA-nın əsas missiyası iqtisadiyyatın bütün sahələrində risklərin idarə olunması mədəniyyətinin formalaşdırılması ilə yanaşı, mühasibatlıq sahəsində də beynəlxalq səviyyəli təcrübələrin qazanılması və tətbiq edilməsinə yardımçı olaraq Azərbaycanda sabit inkişafa təkan verməkdir.

“Risk” jurnalının baş redaktoru Aydın Hüseynov jurnalın yeni işıq üzü görən 7-ci sayını iştirakçılara təqdim edib. Vurğulanıb ki, ARPA-nın məhsulu olan jurnal 2011-ci ildən çap olunur və rüblük nəşr edilir. Jurnalda Azərbaycanda fəaliyyət göstərən bank, sığorta, lizinq, audit, informasiya texnologiyaları, energetika və digər sektorlarda çalışan yerli mütəxəssislərin dərin nəzəri biliklər və təcrübələr əsasında hazırlanmış məqalələr yer alır. Həmçinin dünyada aktual olan mövzular ətrafında müzakirələr, yeni iqtisadi sistem və modellər haqqında məlumatlar oxuculara təqdim olunur.
“Paşa Bank” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sona Abbasova və “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıblar və ARPA ilə əlaqələri yüksək qiymətləndiriblər.

Sonra ARPA-nın illik hesabatı dinlənilib.

Tədbir çərçivəsində “Mühasiblərin Peşəkar Milli Sertifikatlaşdırma Proqramı”, “Korporativ Müşavirlər üçün Sertifikasiya Proqramı”, “Sığortaçıların Milli Sertifikasiya Proqramı”nın və “Bank işi və Banklarda Risklərin İdarə Olunmasının Əsasları” kitabının təqdimatı olub.

Hüseyn İbadlı






20 Aprel, 2015  20:28 Baxılıb: 1046 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner