Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

60 min iştrakçıdan 19-u qalib gəlib, biri Aynişandır

Gənc və istedadlı müğənni “Eurovision-2011” Milli Seçim Turlarının iştirakçısı Aynişan Quliyeva Belarusda keçiriləcək “Slavyanski bazar” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün vəsiqə qazanıb. 

Simsar.az-ın məlumatına görə, bu münasibətlə bu gün “Bridce Plaza”da mətbuat konfransı keçirilib. Tədbirdə müğənninin anası Aybəniz Haşımova həm sevincli, həm də həyəcanlı olduğunu dilə gətirərək Aynişanın bu müsabiqəyə qatılmasından danışıb. Bildirib ki, müsabiqəyə sənəd qəbulunun sonuncu günündə onlar yaxın dostlarının təkidilə bu müsabiqəyə sənəd göndəriblər: “Düzü, “Eurovision”un Milli seçim turlarında Aynişana olan haqsızlıqdan incimişdim və digər müsabiqələr barədə hələlik düşünmək istəmirdim. O gərginlik hələ də məni tərk etməmişdi. Amma model Validə Abbasovanın və tanınmış jurnalist Feliks Vişnevetskiyin təkidləri və onların Aynişana olan ümidləri nəticəsində sənəd qəbulunun sonuncu günü müraciət etdik. Nəticəsi də çox gözəl oldu. Çətin mərhələlərdən sonra müraciət edən 60 min nəfər arasından 19 ölkənin təmsilçisi bu müsabiqədə iştirak haqqı qazanıb ki, onlardan da biri Aynişan olub. Artıq hazırlıqlara başlamışıq. Müsabiqədə iki Azərbaycan və bir Ukrayna mahnıları oxunacaq. Azərbaycan dilində mahnılardan biri bəstəkar Ülviyyə Vəliyevanın “Sevgimi bu” mahnısı, digəri Adil Baxışlının bəstəsidir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə böyük dəstək var. Digər təşkilatçılar da var ki, onların da adları açıqlanacaq”. 

Sonra Aynişan çıxış edərək müsabiqəyə vəsiqə qazanmağın həm sevindirici, həm də məsuliyyətli hiss olduğunu bildirib. O, qeyd edib ki, bütün səyi ilə çalışacaq ki, “Qran-Pri”ni Azərbaycana gətirsin.

Qeyd edək ki, müsabiqənin ilkin turu iyulun 12-də olacaq və final konserti isə iyulun 14-də baş tutacaq. A. Haşımovanın sözlərinə görə, onlar iyulun 5-də artıq Minskdə olacaqlar və səfər öncəsi son məlumatlar barədə Azərbaycanda mətbuat konfransı keçirəcəklər. A. Haşımova ölkəmizi yüksək səviyyədə təmsil etmək üçün milli atributlarımızı da Belarusa aparacaq. Artıq Belarusdakı azərbaycanlıların fəallığını artırmaq üçün oradakı diasporamıza müraciət edilib.

Onu da bildirək ki, Azərbaycandan bu il Aynişandan başqa azyaşlı həmyerlimiz Yasin Həsənov da həmin gün uşaqlar üçün keçirilən “Slavyanskiy bazar”da ölkəmizi təmsil edəcək.






11 May, 2011  21:09 Baxılıb: 3408 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner