Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rauf Talışinskinin keçmiş müavininin məhkəməsi başladı

Fərhad Süleymanov qəsdən adam öldürməkdə təqsirləndirilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən “Ayna” Mətbu Evinin vitse-prezidenti Fərhad Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verərək özünü qismən təqsirli bildiyini deyib. Proses mayın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Fərhad Süleymanov fevralın 22-də Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları (BMCMİ) tərəfindən saxlanılıb. O, tanışı Rauf Həsənovun öldürülməsində iştirakda təqsirləndirilir. Prosesdə ifadə verən Fərhad Süleymanov bildirib ki, Rauf Həsənov dostu İlya Şabanov tərəfindən qətlə yetirilib: “Həmin gün biz bağ evindəydik. Mən bayıra çıxmışdım. Evə gələndə isə İlya Raufu qətlə yetirmişdi. Hadisədən sonra isə o mənə silahla hədə-qorxu gəldi ki, bu barədə heç kimə danışmayım”.

Qeyd edək ki, İ. Şabanov barəsində cinayət işi başlansa da, o, hələlik tutulmayıb. Onun Rusiya Federasiyasında gizləndiyi və barəsində axtarış elan olunduğu bildirilir.

Fərhad Süleymanov “Ayna” Mətbu Evinin sədri, “Exo” qəzetinin sahibi və baş redaktoru Rauf Talışinskinin müavini olub.






11 May, 2011  20:14 Baxılıb: 1124 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner