Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycandakı McDonalds qiymətləri artırdı

Azərbaycanda McDonalds qiymətləri qaldırıb.

Simsar.az xəbər verir ki, bu barədə Bakupost.az yazıb. Nəşrin məlumatına görə, Bakıda Bif-Rol 4,1 manata satılır (əvvəllər 3,6 manat idi). Çizburqer bizdə 1,1 manatdan 1,4 manatadək bahalaşıb. Hamburgerin qiyməti 0,9 manatdan 1,1 manatadək artıb. Fri kartofunun qiyməti isə artıq 0,9 AZN (balaca) yox, 1,2 AZN təşkil edir (böyük fri – 1,8 manatdan 2,2 manatadək).

“Azərbaycanda adı çəkilən yeməklər üçün qiymətlər müvafiq olaraq, 14%, 27,3%, 22,2%, 33,3% və 22,2% artıb. Həmin məhsulların hansılarının Azərbaycanda istehsal edilməsi, hansılarının idxal olunması təsssüf ki, bizə məlum deyil, lakin xatırlamaq olar ki, hələ 10 il əvvəl McDonalds idxal məhsullarının yerli məhsullarla əvəz edilməsi üzərində fəal iş aparırdı. Beləliklə, dolların məzənnəsinin artması burada güclü arqument deyil”, - deyə, nəşr yazır.

Yerli kartofdan hazırlanan kəndsayağı kartofun qiyməti isə 1,9 manatdan 2,4 manatadək, yəni 26,3% bahalaşıb. Ən çox bahalaşan – iki dəfə! – souslardır (20 qəpikdən 40 qəpiyədək).

Bundan başqa, Azərbaycan istehsalı olan və yerli suda qaynadılan çayın qiyməti 10 qəpik (60-dan 70-dək) yaxud 16,7% bahalaşıb. Bütün valideynlərin “baş ağrısı” “Heppi mil” də bahalaşıb. Əvvəlki qiyməti 3,5 manat olan “Heppi mil” hazırda “28 Mall”da 4 manatadır (+12,5%) (menyudakı qiymət).

Maraqlıdır ki, Bakıda üç ay, bir il və iki il əvvəl 3,5 manat olan (McDonalds-ın Facebook-dakı səhifəsinin məlumatlarına əsasən) Biq-Mak təxminən elə həmin qiymətdə qalıb – 3,6 AZN.

“Bizim McDonalds-ın müsahibatının manatın devalvasiyasının 33,5% təşkil etdiyi bir vaxtda qiymətləri rublun 60%-dək ucuzlaşdığı Rusiya ilə müqayisədə 1,5-2 dəfə artırmasını aydınlaşdıra bilmədik. Ola bilsin burada fast-fudun qiymətinə yüksək tələbat təsir göstərir? Onda bu, indiki yüksək qiymətlərlə çox çəkməz”, - deyə, nəşr yazır.






18 Aprel, 2015  10:53 Baxılıb: 1098 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner