Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Kəmaləddin Heydərov Kür çayına proqnoz verdi

Kür çayı boyunca daim işləyəcək gəmilərin alınmasına dair qərar qəbul edilib

"Bu gün Kür çayında daşqın və subasma ilə bağlı problem yoxdur.Əminliklə deyə bilərik ki, bu il Kür çayında daşqınlar olmayacaq". Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. 

Nazir hazırda Mingəçevir su anbarında suyun səviyyəsinin 78,2, keçən ilin bu dövründə isə 82 metr təşkil ediyini deyib. "Su ehtiyatları ötən il də idarə olunurdu, amma bu iş koordinasiyalı şəkildə həyata keçirilmirdi. Yalnız bəzi rayonlarda qrunt sularının səviyyəsinin qalxması müşahidə olunur. Amma daşqın faktı yoxdur".

Keçən il Araz çayının bir qolununun açıldığını xatırladan K.Heydərov bundan əvvəl su anbarına normadan çox su buraxıldığını deyib. "Araz çayının qolunun açılması zəruri və lazımlı addım idi. Əgər bundan sonra Araz çayına gur su axını daxil olarsa, şlüzlərdən istifadə edib, su ehtiyatlarını idarə edəcəyik”.

Nazir qrunt sularının səviyyəsinin qalxması faktına da toxunub. Bu məsələnin əhalini narahat etdiyini qeyd edən FHN rəhbəri Kür çayı boyunca daim işləyəcək gəmilərin alınmasına dair qərar qəbul edildiyini bildirib. "İlk belə gəmi bu günlərdə Azərbaycana gətiriləcək. Son 10 il ərzində Kür çayının bütün istiqamətlərində dibinin bir metr qalxması və çayın lildən təmizlənməməsi təbii fəlakətlərə səbəb olur, əhalinin, bələdiyyələrin torpaqlarına ciddi ziyan vururdu. Alacağımız və Kürdə daim işləyəcək gəmilər Kürün dibini 1-2 metr aşağı salacaq, nəticədə qrunt sularının səviyyəsinin qalxması dayanacaq. Eyni zamanda bu addım çaylarda daşqınların baş verməsinin də qarşısını almış olacaq”.

Nazirin sözlərinə görə, ötən il baş verən sel və daşqınlar bəzi yerlərdə torpaqların boşalmasına səbəb olmuşdu və hazırda bunun qarşısını almaq üçün yeni bəndlər tikilir. Həmçinin dağ çaylarının daşması nəticəsində əhaliyə ziyan dəyməsin deyə, dağlıq bölgələrdə də belə bəndlərin tikintisi davam edir.






11 May, 2011  19:02 Baxılıb: 1223 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner