Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Həsənov beynəlxalq təşkilatların açıqlamalarına təəcüb edir

ATƏT və Mətbuat Şurasının birgə konfransında “media azadlığını necə qoruyaq” sualına cavab axtarılır

Bakıda ATƏT-in Bakı Ofisi və Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycanda qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans başlayıb.

Simsar.az-ın məlumatına görə, bu gün başlayan konfransda hökumət, parlament, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ifadə və media azadlığının qorunmasında diffamasiyanın dekriminallaşdırılmasının vacibliyini müzakirə edir.

Müzakirələr zamanı ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç deyib ki, Azərbaycan hakimiyyətinin diffamasiyanı dekriminallaşdırmaq və bu addımı atmış ATƏT-ə üzv dövlətlər sırasına qoşulmaq təşəbbüsünü yüksək qiymətləndirir.

ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel isə ifadə və media azadlığının ATƏT-in təməl prinsiplərinin özəyini təşkil etdiyini və diffamasiyanın dekriminallaşdırılmasının hər zaman ATƏT-in Bakı ofisinin əsas prioritetlərindən olduğunu qeyd edib. O bildirib ki, Mətbuat Şurasının müvafiq qanunvericilik təşəbbüsünə dəstək verməkdən məmnundurlar.


“Bəziləri düşünür ki, diffamasiyanın qəbulu jurnalistləri məsuliyyətdən azad edir. Bu, qətiyyən belə deyil.

Diffamasiya qanununun qəbul edilməsi jurnalistlər və jurnalist təşkilatları qarşısında ciddi məsuliyyət yaradır.
Konfransda iştirak edən Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, jurnalistlərin peşəkarlığı artmasa, cəmiyyətdə jurnalist-vətəndaş qarşıdurması davam edəcək: “Bu il jurnalistlərin peşəkarlığının artırılması və həmçinin diffamasiya qanununun müzakirəsi davam edəcək və bu sahədə irəliləyiş əldə olunacaq”.


PA-nın ictimai-siyasi şöbəsinin müdiri jurnalistlərin suallarına cavab olaraq beynəlxalq təşkilatların ünvanına sərt fikirklər də səsləndirib: “Mən beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı mülahizələrinə sözün həqiqi mənasında, sadəcə olaraq, təəccüblənirəm. Ona görə yox ki, onlar Azərbaycanla bağlı bu cür subyektiv fikirlər səsləndirirlər. Ona görə ki, bu təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək, ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayırlar”.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan kimi media azadlığını əngəlləyən heç bir qanunun və ya hərəkətin olmadığı ölkədə media azadlığının olmadığını söyləmək, sadəcə, fiksiyadır: “Azərbaycanda jurnalistik fəaliyyətinə görə həbsdə olan heç bir jurnalist yoxdur. Əvvəllər belə hallar olsa da, həmin adamlar da əfv olunub. Bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə bilir. Belə bir vəziyyətin olduğu yerdə Azərbaycanda media azadlığının olmadığını demək, düşünürük ki, subyektivlikdən irəli gəlir və bunu səsləndirən beynəlxalq təşkilatların açıqlamaları da sözün həqiqi mənasında bizi məyus etdi”.

Ramil






11 May, 2011  14:53 Baxılıb: 1153 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner